Şrift:
ABŞ-neft ehtiyatlarında azalma bazarı qane etməyib
19.04.2017 [10:27] - İqtisadiyyat
ABŞ-ın neft ehtiyatları 8-14 aprel həftəsində 0,84 mln. barel azalma göstərib. Bu barədə məlumat Amerika Neft İnstitutunun (API) hesabatında yer alıb. API-nın hesabatına görə, həftə ərzində ABŞ-ın benzin ehtiyatları 1,37 mln. barel artıb.
Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, aprelin 19-da Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 1,47 mln. barel azalacağını proqnozlaşdırır. Neft ehtiyatlarında azalma onun qiymətinin artmasına gətirib çıxaracaq.
"Report"un analitik qrupu bildirir ki, "Brent" markalı neftin qiyməti ABŞ-da neft ehtiyatlarının kifayət qədər azalmaması xəbərləri ilə düşməyə başlayıb və hazırda 54,7 dollar/bareldən baha satılır. OPEC təşkilatının may ayında keçirəcəyi iclasda neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasını uzatması ehtimalı yaxın günlərdə neft qiymətlərinin kəskin artaraq 60 dollar/barel səviyyəsini ötməsinə gətirib çıxara bilər.
Bu xəbər oxucular tərəfindən 429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed