25.04.2012 [14:02] - Güney Azərbaycan xəbərləri
Urmu şəhərinin İnqilab Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı fəal xanım Məhsa Mehdili (Mehdizadə) barəsində hökm çıxarıb.Məlumata görə, xanım Mehdili 1 il həbsə məhkum edilib. Lakin həbs qərarının icrası 3 il müddətinə asılı qalacaq.Adını çəkdiyimiz azərbaycanlı fəal Türkiyədə yaşayan azərbaycanlıların konqresindəki çıxışı, yazıb və yaydığı məqalələr və İrandakı işgəncələr barədə məlumat yaymasına görə sistemin əleyhinə təbliğdə günahlandırılıb.
Bu xəbər oxucular tərəfindən 2440 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |