19.04.2017 [10:31] - Mədəniyyət
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında baş tutan tədbirdə nazir Əbülfəs Qarayev bildirib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün keçirilməsi Azərbaycanda ənənəyə çevrilib.
“Bu tədbirin keçirilməsinin miqyası ildən-ilə genişlənir. Bu da onu göstərir ki, BMT tərəfindən elan olunmuş bu günlərə Azərbaycanda həssaslıqla yanaşılır. Azərbaycanda tarixi abidələr və mədəni irs ən yüksək səviyyədə qorunur. Azərbaycan xalqı hər zaman memarlıq nümunələri ilə seçilib. Bütün millətlər və dinlərə məxsus tarixi abidələr üzərində dövlətin nəzarəti mövcuddur”.
Mərasimdə ölkəmizin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarixi və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi məqsədi ilə təsis edilmiş “Milli İrs” mükafatı bu sahədə fərqlənmiş şəxslərə təqdim edilib.
Mükafat Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Səfər Aşurova, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Rahibə Əliyevaya və “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevə təqdim olunub.
Tədbirdə tarix və mədəniyyət abidələrinə həsr olunmuş neftlə işlənən rəsm əsərlərinin sərgisi də təşkil edilib.

Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |