Şrift:
Misirdə fironlar dövrünə aid türbə aşkarlanıb
19.04.2017 [10:31] - Mədəniyyət
Misirdə arxeoloji qazıntı işləri zamanı fironlar dövrünə aid türbə aşkar edilib.

Nil çayının qərb sahəlindəki Luksor şəhərində tapılan və qədim Misirin kübar təbəqəsinə aid türbədə 1000-dən çox heykəl və 10 sarkofaq olub.

Ekspertlərin qənaətinə görə, türbə o dövrün hakimlərinin biri üçün inşa edilib və eramızdan əvvəl 1500-1000 illərə, Yeni Krallıq dövrünə təsadüf edir.

Türbə iki zaldan ibarətdir. Birində dörd, digərində isə altı tabut olub. Arxeoloji missiyanın başçısı Mustafa əl-Vəziri həmçinin müxtəlif sülalələrin fironlarını təsvir edən heykəllərin olduğu digər zalın da tapıldığını açıqlayıb. O, qazıntı işlər davam etdikcə daha çox heykəllərin tapılacağını istisna etməyib.
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed