Şrift:
BDM yalançı “erməni soyqırımı” ilə bağlı ABŞ səfirliyinə bəyanat təqdim etdi
25.04.2012 [14:08] - Diaspor
Bəyanat səfirliyin əməkdaşına təqdim olunmuşdur.

Bəyanatı təqdim etmək üçün ABŞ Səfirliyinə gedən BDM-in Aparat rəhbəri Samir Adıgözəllini diplomatik korpusun nümayəndəsi qarşılayaraq səfir müavini ilə görüşməyin hal-hazırda mümkün olmayacağını və məsələ ilə bağlı başqa bir vaxtda mərkəzin nümayəndələrini qəbul edəcəklərini bildirmişdir. BDM-in yalançı “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi bəyanat səfirliyin əməkdaşına təqdim olunmuşdur. Onu da qeyd edək ki, səfirlik önündə olan media nümayəndələrinə və ANS TV-nin çəkiliş aparmalarına səfirliyin mühafizə xidməti tərəfindən maneçilik törədilmişdir.

Bəyanatda bildirilir:

1905-1918-ci il qırğınları ermənilərin türklərə qarşı törətdikləri çoxsaylı soyqırım aktlarından biridir. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri beynəlxalq səviyyədə öz siyasi-hüquqi qiymətini almamış bu qanlı soyqırım tariximizin açılmamış səhifələrindəndir. Tarixi sənədlər sübut edir ki, 1918-ci ildə Cənubi Qafqazdakı öz dədə-baba yurdlarında etnik təmizləmə və soyqırım siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri erməni daşnakları tərəfindən kütləvi surətdə qətllərə məruz qalmış və yaşadıqları ərazilərdən deportasiya olunmuşlar.
Əgər tarixə müraciət etsək görərik ki, 1918-ci ilin martında Urmiya, Xoy, Maku, Qars, Van, Ərzurum, Salmas, Bakı, İrəvan, Zəngəzur, Göyçə, Vedi, Pəmbək, Dərələyəz mahalları, Gəncə, Lənkəran, Şamaxı, Quba, Kürdəmir və s. şəhərlərdə yüz əlli mindən çox soydaşımız ermənilər tərəfindən qətlə yetirilib. Təkcə Urmiyada bir günün içərisində ABŞ, Fransa, Rusiya konsullarının gözləri qarşısında on mindən çox adam öldürülüb.
Mart qırğınları erməni şovinistlərinin xalqımıza qarşı böyük miqyaslı və diqqətlə düşünülüb hazırlanmış etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.
1918-ci ildə ermənilər tərəfindən Bakıda həyata keçirilən soyqırım zamanı on səkkiz minə qədər Azərbaycan türkü qətlə yetirilmişdir.
İndi bütün dünya bilməlidir ki, Anadolu və Azərbaycan türkləri əsrlər boyu ermənilər tərəfindən etnik təmizləmə siyasətinə məruz qalmışlar. Erməni şovinistlərinin xalqımıza qarşı təcavüzü bu gün də davam edir və onun ağır nəticələri yüz minlərlə soydaşlarımızın taleyində özünü biruzə verir. Hər il erməni lobbisi və daşnaksütun birləşmələri 24 apreli sözdə “erməni soyqırımı” günü kimi qeyd edirlər.
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi - (822, 853, 874, 884) dörd qətnamənin tələbləri ermənilər tərəfindən yerinə yetirilmir. Azərbaycan Respublikasının iyirmi faizdən çox ərazisi Ermənistanın işğalı altındadır, beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri, eləcə də Amerika Birləşmiş Ştatları bu ədalətsizliyə nədənsə göz yumurlar. Erməni lobbisi isə ABŞ-a təzyiq göstərməkdə davam edir ki, 24 aprel günü “erməni soyqırımı” günü elan edilsin. Təəssüflər olsun ki, ABŞ-da özlərinə yurd salmış erməni daşnakları türk dünyasına qarşı yalan və böhtan təbliğatı sürdürməkdədirlər. Beynəlxalq Diaspor Mərkəzi (BDM) olaraq ABŞ dövlətini erməni yalanına uymamağa dünyada haqq və ədalətin bərpa olunması sahəsində fəaliyyət həyata keçirməyə çağıraraq aşağıdakıları bəyan edir:

* Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə son qoyaraq, BMT TŞ-nin qəbul etdiyi qətnamələr yerinə yetirilsin;


* Azərbaycan və bütün türk dünyasına qarşı həyata keçirdikləri soyqırım və deportasiya siyasəti dünya ictimaiyyəti və eləcə də ABŞ tərəfindən pislənilsin;
* Ermənistan tərəfindən Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünün tanınması tələb edilsin;

BDM mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1740 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed