19.04.2017 [10:40] - Mədəniyyət
Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar mədəni proqram hazırlanıb. Hazırda proqram təsdiqlənmək üzrədir.
Bunu jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.
Nazir deyib: “IV İslam Həmrəyliyi Oyunları günlərində bütün teatrlarda, konsert və sərgi salonlarında İslam mədəniyyəti, ənənələri, tarixi ilə bağlı mədəni proqramlar həyata keçiriləcək. Lakin bu o demək deyil ki, biz yalnız İslam dininə aid tamaşaları təqdim edəcəyik. Azərbaycan xalqı, eyni zamanda, bu gün cərəyan edən digər proseslərdə də iştirak edir. Ona görə bunu sintez etməyi düşünürük. Hesab edirik ki, mədəni proqramlar qonaqlarımız üçün çox böyük maraq kəsb edəcək”.
Ə.Qarayev onu da qeyd edib ki, İslam Həmrəyliyi Oyunları və ondan sonra keçiriləcək “Formula-1” yarışları zamanı mədəniyyət obyektləri əməkdaşlarının iş cədvəlinin dəyişdiriləcəyi gözlənilir. İslam Həmrəyliyi Oyunları zamanı turistlərin gəlməsi mədəniyyət obyektlərinin maliyyə durumuna da müsbət təsir göstərəcək.

Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |