Şrift:
“Qaradağ” yatağında yeni quyular qazılır
19.04.2017 [10:41] - İqtisadiyyat
SOCAR-ın Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə “Qaradağ” yatağında 493 və 495 nömrəli istismar-basqı quyularında qazma işləri uğurla davam etdirilir.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın VIIA horizontuna qazılan 493 nömrəli quyunun layihə dərinliyi 3 min 200 metr, qirməki altı lay dəstəsinə qazılan 495 nömrəli quyunun isə layihə dərinliyi 3 min 600 metrdir.

Quyular yataqda vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədilə qazılır.
Bu xəbər oxucular tərəfindən 500 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed