19.04.2017 [10:43] - Diaspor
Minval.az saytı İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyevdən müsahibə alıb. O 2018-ci ildə Demokratlar Partiyasının namizədi kimi parlament seçkilərində namizədliyini irəli sürməyi düşünür.
2004-cü ildən İsveçdə yaşayan Emil Mirzəyev 2007-ci ildən bu ölkənin vətəndaşlığını alıb, 2010-cu ildə isə İsveç Azərbaycanlıları Konqresinin sədri olub.
-İsveçdə Azərbaycan Konqresinin necə yaranmasından danışardınız?
-2006-cı ildə Azərbaycanı təbliğ etmək üçün “Odlar Yurdu” cəmiyyətini yaratdıq. Belə ki, öncə biz kiçik etnik icma formalaşdırdıq və sonra erməni diasporunun “dənizdən dənizə Böyük Ermənistan”la nağılları ilə zəngin broşürlərini alanda anladıq ki, daha çox həmvətənimizi öz sıralarında birləşdirməliyik. Beləliklə, biz riksforbyundet – bir neçə şəhəri birləşdirən təşkilat yaratdıq. Bu ideya ətrafında azı 5 kommunanı birləşdirməliydik. 1 il ərzində kifayət qədər çox insanı ətrafımızda birləşdirə bildik və sonda rəhbəri olduğum İsveç Azərbaycanlıları Konqresi statsunu ala bildik.
-İsveçdəki azərbaycanlılar və ermənilərin münasibətləri necədir?
-Biz bütün insanların bir-biri ilə yola getməli olduğu ölkədə yaşayırıq. Hətta, müasir nəsildə aqressiyanın daha az olduğunu vurğulaya bilərəm. Amma tək-tük qarşıdurma faktları mövcuddur. Belə ki, 2016-cı ildə Xocalı soyqırımı günü şəhər rəhbərliyinin icazəsi ilə Ermənistan səfirliyinin qarşısında özünəməxsus sərgi keçirdik. Öz stendlərimizi quraşdıran zaman ermənilər bayraqları ilə gələrək yolumuzu kəsdilər. Polisə müraciət etməyə məcbur olmuşdum. Amma toqquşma olmadı. Buna heç kim imkan verməzdi. Amma belə, erməni və azərbaycanlı biznesmenlər müxtəlif seminarlarda, ticarət tədbirlərində görüşürlər.
-Bəs ermənilər və azərbaycanlılar ortaq ailə qururlar?
Mən bildiyimə görə yox. Ola bilsin, belə ailələr var amma onlar çoxdan İsveçə gəlmiş şəxslər ola bilər. Bizim Konqresdə mən belə bir hal haqda eşitməmişəm.
-İsveç parlamentində azərbaycanlı nümayəndə var?
- Bəli, Fərəc Quliyev azərbaycanlıdır. 2006-cı ildə o, gənclər təşkilatına rəhbərlik edirdi. Hazırda 6 ay müddətinə İsveç parlamentində deputat olacaq. Bundan sonra/, yenidən namizədliyini irəli sürəcək.
-Siz İsveç tamhüquqlu İsveç vətəndaşısınız həm də azərbaycanlısınız. Bugünkü ölkəmiz haqda nə deyə bilərsiniz?
-Mən hər ay Azərbaycana gəlirəm və müsbətə doğru dəyişiklikləri görürəm. Bununla belə, dəyişikliklər daha çox olmalıdır. İlk növbədə qanun hamı üçün eyni olmalıdır. Buna nail olsaq, Azərbaycan daha da yaxşı olacaq. Mentalitetlə bağlı da problem var. Misal gətirim: biznesmenəm və etibarın nə olduğunu bilirəm. İstənilən halda. İsveçdə biz bir-birimizə güvənirik və 1 dəfə verilən söz qanundur. Azərbaycan isə heç kim bir-birinə inanmır. Və bu mənfi haldır”.

Bu xəbər oxucular tərəfindən 889 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |