Şrift:
“Hüseyn Cavid yaradıcılığı tələbələrin ifasında”
19.04.2017 [10:58] - Mədəniyyət
AMEA Hüseyn Cavidin Ev Muzeyi Elmlə təhsilin inteqrasiyası prosesi çərçivəsində tədbir keçirib. Universitetdən bildirilib ki, romantizm ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturqun irsinin təbliği istiqamətində tədbirə Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də dəvət olunub.

"Hüseyn Cavid yaradıcılığı tələbələrin ifasında" mövzusunda keçirilən tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı tələbələrə romantik şair və dramaturqun həyatı, əbədiyaşar zəngin yaradıcılığı və dünya şöhrətli dramaturgiyası haqqında geniş məlumat verib. Teatr sənəti fakültəsinin tələbələrinin ifasında Hüseyn Cavidin bir neçə şeiri səsləndirilib, dram əsərlərindən səhnəciklər və gənc aktyorların ifasında "İblis" pyesindən parçalar göstərilib.
Bu xəbər oxucular tərəfindən 586 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed