Şrift:
“Azərbaycan və dünya operasında Şövkət Məmmədova fenomeni”
19.04.2017 [10:59] - Mədəniyyət
Aprelin 18-də Azərbaycan Teatr Xadimləri İttifaqında SSRİ Xalq Artisti Şövkət Məmmədovanın 120 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. İttifaqdan bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

"Azərbaycan və dünya operasında Şövkət Məmmədova fenomeni" adlı konfransda respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemət çıxış edərək görkəmli ifaçının həyat və yaradıcılığından danışıb.

Daha sonra Əməkdar İncəsənət Xadimi, professor İlham Rəhimlinin "Şövkət Məmmədova və teatr", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun "XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyi və Şövkət Məmmədova", Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarovanın "Azərbaycan Teatr Xadimləri İttifaqı və Şövkət Məmmədova" və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayevanın "Azərbaycan operasında Şövkət Məmmədova fenomeni" mövzusunda məruzələri dinlənilib.
Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed