Şrift:
PJAK Sepahın 4 üzvünü öldürdü
26.04.2012 [11:42] - Güney Azərbaycan xəbərləri
İranın Kirmanşah əyalətinin Pavə şəhərində terrorçu PKK təşkilatının İran qanadı sayılan “Pejak” silahlılarının hücumu nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) 4 üzvü öldürülüb, 4-ü isə yaralanıb. Hadisə aprelin 24-də baş verib. Kirmanşah ostandarlığı hüquq mühafizə qüvvələrinin rəsmisi Şəhriyar Heydəri jurnalistlərə deyib ki, hadisədə “Pejak” da itki verib: “Bu haqda məlumatı sonra yayacağıq. Hazırda bölgədə vəziyyət sabitdir və hər şey nəzarət altındadır”.Şəhriyar Heydəri hücumda öldürülən “Sepah” üzvlərinin kimliyi haqda hər hansı açıqlama verməyib.“Pejak”ın əsas hərbi bazaları İraq ərazisində yerləşir. İran Silahlı Qüvvələri bu təşkilata bağlı kürd yaraqlılarını məhv etmək üçün son bir neçə ildə dəfələrlə İraqın kürdlər yaşayan sərhəd bölgələrini bombardman edib.
Bu xəbər oxucular tərəfindən 1382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed