Şrift:
Ən sınanmış təbii qurdqovucu vasitələr. - RESEPTLƏR
20.04.2017 [10:44] - Sağlıq
Qurd xəstəlikləri ən yayılmış xəstəliklərdən biridir. Bu xəstəliklərə xüsusilə tez-tez uşaqlarda təsadüf edilir.

Qurdlar insanın bir çox orqan və sistemlərinə mənfi təsir edir, xroniki intoksikasiyaya (zəhərlənmə) səbəb olur.

Xalq təbabətində bir çox sınanmış qurdqovucu vasitələr istifadə olunur:

- Sarımsaq südlə.

2-3 diş sarımsaq əzilir, üzərinə 1 stəkan qaynar süd tökülür və 20 dəqiqə ərzində dəmlənir, sonra süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla kiçik qurtumlarla içilir. Müalicə kursu - 1 həftə.

- Yovşan dəmləməsi

1 çay qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənir, süzülür və gün ərzində 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı olmaqla qəbul olunur. Müalicə kursu - 1 həftə.

- Nar qabığı dəmləməsi

1 orta ölçüdə narın qabıqları yuyulur, doğranılır, üzərinə 1 stəkan qaynar su tökülür və qaynara düşənə kimi qızdırılır. Sonra soyuyana qədər qapağı bağlı qazanda saxlanır, süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir. Müalicə kursu - 5 gün.

- Qırmızı soğan

Soğanın şirəsini sıxın və gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə.

- Küncüt yağı

Bu sınanmış qurdqovucu vasitədir. Gün əzrində 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı olmaqla qəbul edin. Müalicə kursu - 10 gün.

- Balqabaq tumları

Bu çox tanınmış qurdqovucu vasitədir.Hər gün 1 ovuc təmizlənmiş tum yemək lazımdır.

- Yerkökü şirəsi

Həm dadlı, həm də çox təsirli təbii dərmandır. Gün ərzində 1 stəkan kök şirəsini içmək lazımdır.

- Noxud

Xalq təbabətində qurdqovucu vasitə kimi çox geniş istifadə olunur. Hər gün 1 ovuc bişmiş noxud yeyin.

Sizdə hər hansı xroniki xəstəliklər varsa, bu reseptlərdən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed