Şrift:
AKP-nin türkçülük "sevgisi": “Hepiniz ermənisiniz, hepiniz piçsiniz” deyənləri 3 il həbs gözləyir
26.04.2012 [13:09] - Siyasət
Şübhəli şəxslər gələn həftə İstanbul Ədliyyə sarayı 41-ci Asliyə Cəza məhkəməsində hakim qarşısına çıxacaqlar

Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Taksim meydanında keçirilən “Xocalıya dəstək” anım mitinqində "Hepiniz ermənisiniz, hepiniz piçsiniz", “Hrantın piçleri yıldıramaz bizleri”, “Dişe diş, kana kan, intikam” şüarları yazılmış plakatları tutan bəzi iştirakçıların məhkəməsi başlayıb.

İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə həmin şüarları tutan Umut A., Burak K., Kazım B., Samet A., Onur G., Recep A., Derya K., Hasan Hüseyin K., Arzu B. və Cihan D saxlanılıb və onlar haqqında iddianəmədə bu məlumatlar yazılıb: “ Xocalı faciəsinin 20-ci ildönümü, 1915-ci ildə baş verən qondarma “erməni soyqırımı”na və Fransaya etiraz etmək üçün təşkil olunan mitinqdə xalqı kin və düşmənçiliyə təhrik etmək, xalqın bir hissəsini irqi ayrı-seçkiliyə görə, alçaldaraq"Hepiniz ermənisiniz, hepiniz piçsiniz", “Hrantın piçleri yıldıramaz bizleri”, “Dişe diş, kana kan, intikam” plakatlarını daşıyaraq həmin şəxslərin cinayət işlədikləri protokollar, şəkillər və şahidlərin ifadələri ilə təsdiq olunub”.

İddianamədə həmin şəxslərə 1 ildən 3 ilə qədər azadlıqdan məhrum etmək istənilir və şübhəli şəxslər gələn həftə İstanbul Ədliyyə sarayı 41-ci Asliyə Cəza məhkəməsində hakim qarşısına çıxacaqlar.
Bu xəbər oxucular tərəfindən 1464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed