26.04.2012 [15:56] - Sosial
Bu il mayın 22-də başlayacaq “Eurovision 2012” mahnı yarışması Dağlıq Qarabağ münaqişəsini də gündəmə gətirəcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müsabiqə öncəsi ölkəyə 50-60 min turistin gələcəyini açıqlayıb. Bu ərəfədə Azərbaycan hökuməti, xaricdəki diaspor təşkilatları erməni işğalını, Qarabağın bizə məxsus olmasını dünya ictimaiyyətinə çatdırmaq üçün sistemli iş aparlıdıqlarını bəyan edirlər.
Nəzərə alsaq ki, beynəlxalq ictimaiyyətdə Qarabağ, münaqişənin əsl səbəbləri, həqiqətin harada olması ilə bağlı məlumatsızlıq var, onda Bakıya gələcək minlərlə xarici jurnalist, beynəlxalq informasiya kanallarının təmsilçiləri, turistlər Azərbaycandan dolğun məlumatlar ala və yaya bilərlər. Bu da dövlətin beynəlxalq səviyyədə apardığı kampaniyaya ciddi töhfə verə, ictimai rəyi xeyrimizə dəyişə bilər. Amma necə? Bu barədə hec reklam kampaniyası üçün xüsusi reklam plakatları belə yoxdur.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, Qarabağ haqiqətlərinin tanıtma üçün Qarabağ haqqında reklam çarxlarının olması mütləqdir. Amma bunun üçün müəyyən qədər vaxtın da olduğunu bildirən QAT sədri deyir Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə tanıtımı üçün “Evrovision” mahnı müsabiqəsindən istifadə olunmalıdır:
“Azərbaycan hakimiyyəti xarici dövlətlərin mövqeyindən çəkinir. Ona görə də mənə də bu barədə danışmaq bir az çətindir. Bura gələn qonaqlara Qarabağ həqiqətləri ilə bağlı məlumatlar çatdırılmalıdır. Ona görə də hesab edirəm ki, bunun üçün hələ vaxt var. Müəyyən yerlərdə plakatların qurulması, tədbirlərin keçirilməsi, xüsusi broşürların paylanılması vacibdir. Hesab edirəm ki, bu dövlət tərəfindən keçirilməsə də, müəyyən ictimai qurumlar tərəfindən ediləcək. Amma hələ ki əlamətdar addımlar görsənmir”.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev də Qarabağ haqqında reklama ehtiyac duyulduğunu deyir: “Belə hesab edirəm ki, bütün günü konsertlər vermək olmaz. “Evrovision” mahnı müsabiqəsindən kifayət qədər istifadə etməliyik. Odur ki, Qarabağ haqqında reklama da mütləq ehtiyac var”.
Gültəkin Ələsgər /Modern/

Bu xəbər oxucular tərəfindən 1286 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |