Şrift:
Şuşa ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul olunur
26.04.2012 [16:09] - Diaspor
Gürcüstan azərbaycanlıları Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Davam.az”a verilən məlumata əsasən, Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar Gürcüstanın bir çox bölgələrində silsilə tədbirlər keçiriləcək. Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin bir sıra gənclər təşkilatları ilə birgə Şuşa şəhərinin işğalına həsr olunmuş tədbir təşkil edəcək. Tədbirdə Şuşanın tarixini, şəhərdə yerləşən mədəni abidələr, təbii resurslar haqqında geniş məlumat veriləcək, Şuşanın işğalına həsr olunmuş video-çarxlar, bukletlər, kitablar, foto və rəsm əsərləri nümayiş olunacaq.
Tədbirdə Gürcüstanın dövlət rəsmiləri, gürcü və azərbaycanlı ziyalılarının, gənclərinin və ictimaiyyət nümayəndələrinin, KİV-in iştirakı gözlənilir. Tədbirdə Şuşada, eləcə də işğal olunmuş ərazilərdə tarixi-memarlıq və mədəniyyət abidələrinin dağıdılması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciətin qəbul olunması da nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 1261 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed