21.04.2017 [10:45] - Hüquq
Azərbaycanda oğurluqla bağlı cinayətə görə cərimələr artırılır. Bu, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinə təklif edilən dəyişiklikdə əskini tapıb.
Maddənin birinci bəndinin (Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) sanksiya hissəsində olan “500 manatdan 1000 manata qədər” cərimə “1000 manatdan 2000 manata qədər” cərimə ilə əvəzlənir.
Maddənin ikinci bəndinin (eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) sanksiya hissəsində isə “3000 manatdan 5000 manata qədər” cərimə “4000 manatdan 7000 manata qədər” cərimə ilə əvəzlənir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |