Şrift:
“Günəşli” yatağında yeni quyu istismara verilib
21.04.2017 [10:53] - İqtisadiyyat
“Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülündən 317 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2763-2733 metr intervaldan sutkalıq 120 ton neft və 10 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed