Şrift:
Şəmkirin İrmaşlı kəndində boz çöllər yaşıllığa çevrilib
22.04.2017 [09:55] - Xəbərlər, İqtisadiyyat
Əkinçiliyin inkişaf etdirilməsində ən vacib amillərdən biri sudur. Sahələrin vaxtında suvarılması, həm də yüksək məhsuldarlığın əsas şərtidir. Şəmkir rayonunun qədim yaşayış məntəqələrindən biri olan İrmaşlı kəndində sahələrin suvarılması üçün mühüm işlər görülüb.

İrmaşlı kəndinin sakini İsmayıl Qurbanov AZƏRTAC-a bildirib ki 5 il olar burada heç nə əkilməyib. Heç əməlli ot da bitmirdi. Çünki su yox idi.

İsmayıl Qurbanovla yanaşı, 1000-dən çox təsərrüfat sahibi illərdir suvarma suyu sarıdan əziyyət çəkirdi. Suya olan ehtiyac ödənilmədiyindən yerli sakinlər əsas məşğuliyyətlərdən illərdir uzaq düşmüşdülər. Nəhayət ki, bu il sakinlərin üzü gülüb.

Sakin Asiman Cəfərov deyir: “250 hektar sahədə taxıl əkilib. Bir dəfə suvarmışıq, indi ikinci dəfə suvarılır. Yaxşı məhsul olacaq”.

Kəndin suvarma suyuna olan tələbatını ödəmək üçün mənbəyini Zəyəm çayından götürən 8 mart kanalının bərpası üçün 26 kilometr məsafədə təmir-bərpa işləri aparılıb. Bununla da təkcə İrmaşlı kəndində 453 hektar sahənin suvarılması təmin edilib, taxıl sahələri əkilib. Mütəxəssislərin fikrincə, sahələrdən bol məhsul götürmək mümkün olacaq.

26 ildən sonra 8 mart kanalının bərpası İrmaşlı kəndinin tarixi ənənələrini özünə qaytarmağa imkan yaradıb. İndi bütün sakinlər növbəti il üçün sahələrdə dənli bitkilərin əkinini planlaşdırır.
Bu xəbər oxucular tərəfindən 1014 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed