Şrift:
Gürcüstan prezidenti QMİ sədrini qəbul edib
22.04.2017 [10:35] - İslam dini, Borçalı
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəni qəbul edib.
Prezident deyib ki, Azərbaycan Gürcüstanın yaxın dostu və strateji tərəfdaşıdır: "Mənəvi sahədə də dövlətlərimiz və xalqlarımız arasında möhkəm əlaqələrimiz var. Biz regionda sülhün və əmin-amanlığın möhkəmlənməsində dini liderlərin rolunu yüksək qiymətləndiririk və hesab edirəm ki, bu baxımdan sizin Gürcüstana səfəriniz mühüm əhəmiyyət kəsb edir. Gürcüstan tolerant ölkədir və dini radikalizmə, din adından istifadə edərək sabitliyin pozulmasına qarşıdır. Biz bu sahədə də birgə mübarizə aparmalıyıq."
Dövlət başçısı Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirib.
Georgi Marqvelaşvili Azərbaycanda həyata keçirilən islahatları, vitse-prezident vəzifəsinin təsis olunmasını, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasını demokratik dövlət quruculuğu istiqamətində mühüm hadisə və çox önəmli addım olduğunu bildirib və yüksək qiymətləndirib.
O, salamlarının Azərbaycan Prezidentinə çatdırmağı A.Paşazadədən xahiş edib.
Allahşükür Paşazadə Azərbaycan Prezidentinin salamlarını Gürcüstan dövlətinin başçısına çatdırıb.
QMİ sədri deyib ki, Azərbaycan tolerant ölkədir və qonşu dövlətlərlə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Bu gün hər iki ölkənin dini liderləri arasındakı dostluq və qardaşlıq münasibətləri bizə digər sahələrdə də əməkdaşlığı genişləndirməyə, radikalizmə, terrorizmə, din adından istifadə edənlərə qarşı birgə mübarizəyə geniş imkanlar yaradır.
O, dinlər arası dialoqun inkişafı ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, təşkilolunan beynəlxalq forum və konfranslar barədə geniş məlumat verib. Gürcüstanda da dini mövzularda beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Söhbət zamanı dini liderlər, konfensiya rəhbərləri arasında mütəmadi görüşlərin təşkilinin, gənclərin üçün maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Görüşdə regionda mövcud olan münaqişələr də diqqət mərkəzində olub və bu həllində dini liderlərinin rolunun artırılmasının vacibliyi qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 1101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed