Şrift:
İqtisadiyyat Nazirliyi sahibkarlara xəbərdarlıq edib
22.04.2017 [10:37] - İqtisadiyyat, Bildiriş
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə xəbərdarlıq edib.
Bu barədə nazirlikdən bildirilib.
Nazirlik bəyan edib ki, Nazirlər Kabinetinin 12 aprel 2017-ci il tarixli Sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması mayın 5-dən 25-nə qədər saat 22:00-dan 07:00-a qədər həyata keçirilməlidir.
Təchizatı gündüz saatlarında həyata keçirilməli olan obyektlərdə bu işlər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən xüsusi icazələr əsasında aparılacaq.
Nazirlik sahibkarlıq subyektlərinə təsərrüfat fəaliyyətlərinin təşkili zamanı qeyd olunanların nəzərə alınmasını və həmin işlərin müəyyən olunmuş vaxtlarda həyata keçirilməsi üçün tədbirlər görülməsini tövsiyyə edib
Qeyd edək ki, gələn ay Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed