Şrift:
İlhan Aşkın: “Azərbaycana münasibətimiz şəxslərə görə deyil”
27.04.2012 [10:53] - Müsahibə
Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri, bu ölkənin De-Haqqa şəhərində Xocalı faciəsinə qoyulan abidənin təşkilatçısı İlhan Aşkının müsahibəsi.

- İlhan bəy, Hollandiyada Azərbaycanın diasporunun güclənməsində böyük rol oynamış şəxslərdənsiniz. Azərbaycan Sizin üçün nə deməkdir?

- Hələ sovetlər birliyinin tərkibində olanda Azərbaycan sevgisini ürəyimizdə daşıyırdıq. Bilirdik ki, Azərbaycanımız imperiya əsarəti altındadır, ancaq gec-tez azad olub, müstəqilliyinə qovuşacaq. Bu amalla yaşayırdıq. Çünki böyüklərimiz bizləri Azərbaycan sevgisi ilə böyüdüb tərbiyələndirmişdilər. Azərbaycan bizim üçün böyük şairimiz Bülənt Yavuz Bakilərin sözləri desək: ”Azərbaycan ürəyimdə bir şah damardır”. Məncə, sualınıza cavab olaraq, bu söz kifayət edir.

- Necə illərdir mübarizə yolundasınız. Bu yol sizi yormayıb ki?

- Düşmənlərimiz də istəyirlər ki, bu yoldan yorulub geri çəkilək. Bu yol savaş yoludur və onu bizə böyüklərimiz əmanət edib. Bu amaldan geri çəkilməyimiz mümkün deyil. Azərbaycan davası ürəyimizdə, ruhumuzdadır. Bunu ordan çıxartmaq mümkünsüzdür. Bəzən hansısa üzücü və mənfi hərəkətləri görürük, amma biz Azərbaycanı şəxslərə və nələrə görəsə sevmirik. O cür etsək, sevgimizə şübhə düşər. Bizim problemlərimiz böyükdür, onların həlli istiqamətində bütün səylərimizi gücləndirməliyik.

-Azərbaycan diasporunun potensial imkanın necə dəyərləndirirsiniz?

- Azərbaycan diaspor imkanları böyükdür. Sadəcə, bunu düzgün yönəltmək lazımdır. Xüsusilə, ayrı-seçkilik məsələlərinə son qoyulmalı və yeni yanaşma sərginlənməlidir. Bundan sonra istədiyimiz nəticələri tez əldə edəcyik. Bu məsələlər aradan qaldırılandan sonra vəziyyət istədiyimiz şəkildə davam edəcək.

- Bu günlərdə erməni diasporuna daha bir zərbə Kolumbiya Senatında gəldi. Senat Xocalı faciəsini soyqırım kimi qəbul etdi. Təcrübəli diaspor rəhbəri olaraq, bundan sonrakı prosesləri necə görürsünüz?

-Dünya bir nizama gəlməlidir. Bunun başqa çarəsi yoxdur. Xocalıda minlərlər insanımız vəhşicəsinə öldürüldü. Xarici reportyorlar sonradan xatirələrini yazaraq, dünya ictimaiyyətini bu məsələdən agah olmağa səslədilər. Dünya bundan sonra Xocalıda hansı hadisələrin yaşandığını görməyə başladı.

Onu da nəzərdən qaçırmamalıyıq ki, Azərbaycan müstəqilliyini yenicə əldə etmişdi və beynəxalq arenada sözü az-az eşidilirdi. Ermənistan bundan məkrli şəkildə istifadə edib, Xocalı və Qarabağda belə vəhşilikləri törətdilər. Bu gün isə Azərbaycanın artan nüfuzu, onun haqq sözünün eşidilməsinə birbaşa təsir göstərir. Bu çox önəmli məsələdir. Hesab edirəm ki, bundan sonra Xocalının başqa ölkələrin parlamentində tanınması prosesi davam edəcək.

- Mərkəziniz Hollandiyada Qarabağ məsələsinin çatdırılmasında hansı işləri həyata keçirir?

- Ən böyük ümummilli problemlərimizdən biri də Qarabağın işğalda qalmasıdır. Qarabağ problemi hələ ilk vaxtlar meydanda çıxanda bu hadisələrin Hollandiya ictimaiyyətinə doğru-düzgün çatdırılması yolunda təbliğatımızı aparırdıq və bu gündə həmin fəaiyyət daha geniş, xüsusilə sistemli şəkildə davam etməkdədir.

Hər il Qarabağla bağlı Ermənistanın səfirliyi önündə izdihamlı aksiyalar təşkil edirik. Çox şükürlər olsun ki, bu gün Hollandiya ictimaiyyətində Qarabağ məsələləri haqqında müsbət fikirlər formalaşmağa başlayıb. Bu işin həyata keçirilməsində Hollandiya yaşayan azərbaycan və türk insanlarının böyük əməyi-zəhməti var.

- Sabah müharibə başlayarsa, Azərbaycan öz haqlı davasını dünya ictimaiyyətinə çatdıra biləcəkmi?

- Bütün diplomatiyanın arxasında güc dayanmalıdır. Torpaqlarımız sülh yoluyla geri qaytarılmasa, müharibənin olması qacılmazdır. Başqa yol yoxdur. Azərbaycan həm güclü diplomatiyası, həm də güclü ordusu var. Bunu beynəlxaql təşkilatlar da bilir, Ermənistan da dərk edir ki, savaş Ermənistanı bütün sahələrdə çökdürülməsi ilə nəticələnəcək. Artıq beynəlxalq təşkilatlar Ermənistanın hara getdiyi ilə bağlı həyəcan təbili çalır. Bunu Ermənistan üçün “həyacan siqnalı” adlandıra bilərik.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1264 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed