Şrift:
Fərəc Quliyev Gürcüstan Türkləri Konfederasiyasının prezidentini qəbul edib
27.04.2012 [10:59] - Xəbərlər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili, Avronest Parlament Assambleyasının üzvü Fərəc Quliyev Gürcüstan Türkləri Konfederasiyasının prezidenti Daşqın Gülməmmədovu qəbul edib.

Görüşdə Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının sədri Süleyman Əliyev də iştirak edib. Görüş zamanı Gürcüstanda yaşayan türklərin problemləri xüsusilə də Gürcüstanda ana dilində təhsilin vəziyyəti və mövcud problemləri əsas müzakirə mövzusu olub. Milli Məclisin deputatı Fərəc Quliyev bildirib ki, o Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun üzvü kimi Gürcüstanda yaşayan Azərbaycan türklərinin problemlərinin həlli üçün mümkün vasitələrdən istifadə edəcək, problemlərin həlli ilə bağlı addımlar atacaq. GTK prezidenti Daşqın Gülməmmədov qeyd edib ki, Gürcüstanda yaşayan türklərin milli təhsil, dini, torpaq və toponomika ilə bağlı problemlərinin Azərbaycan Respublikası Milli Məclisində müzakirəyə çıxarılması məqsədəuyğun olardı. Həmçinin bu problemləri Avronest PA və NATO PA-da müzakirələrə çıxarılması onların həllini asanlaşdırdı.
Görüşün sonunda Gürcüstan Türkləri Konfederasiyasının, Fərəc Quliyevin rəhbərlik etdiyi Milli Dirçəliş Hərakatı Partiyası ilə əməkdaşlıq etməsi razılaşdırılıb.
Bu xəbər oxucular tərəfindən 1467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed