27.04.2012 [11:58] - Siyasət
Azərbaycan-İsrail münasibətləri Qərbin diqqətində
Xarici işlər naziri Aviqdor Libermanın səfəri ilə daha da dərinləşən Azərbaycan-İsrail münasibətləri Qərbdə də diqqətlə izlənilir. Qərb mediası son günlər İran ətrafında vəziyyətin gərginləşməsi kontekstində bu münasibətləri təhlil edir. “The İnternational Herald Tribune” qəzetində dərc edilmiş məqalədə deyilir ki, Azərbaycanla İsrailin münasibətlərinin çiçəklənməsi Yaxın Şərqdə çoxunun xoşuna gəlmir, çünki ən azından Azərbaycan İranın şimal qonşusudur və İranla sıx mədəni və demoqrafik münasibətləri var. Məqalədə qeyd edilir ki, İsraillə Azərbaycanın ticarət dövriyyəsi ildə 4 milyard dollardır. İsrailin keçmiş sovet respublikaları içində ən böyük ticarət dövriyyəsi məhz Azərbaycanladır.
İsrail rəsmiləri tez-tez bu ölkəyə səfərlər edirlər, bugünlərdə isə xarici işlər naziri Avigdor Liberman gəlib. “Bizim münasibətlər çox intensivdir” deyə, Liberman bildirib.
Qəzet yazır ki, Azərbaycanın İran və Rusiya arasındakı mövqeyi onu diplomatik “xəfiyyələr yuvası”na çevirib. Burada düşmən ölkələr - ABŞ, İran, Rusiya və İsrail bir-birinə qarşı kəşfiyyat materialı toplaya bilib. “İsrailin Azərbaycanla ticarəti isə daha çox maraq oyadır. Fevralda Azərbaycan hərbi avadanlıq, pilotsuz təyyarə və sairə almaq üçün İsrail «Aerospace» sənaye şirkətinə 1,6 milyard dollar ödəyib. Azərbaycan həmçinin İsrailin enerji ehtiyacının 30 faizini ödəyir. ”İsrailin regional məqsədlərində Bakının mühüm rolu var". Bunu Azərbaycanın ticarət sövdələşmələrində iştirak etmiş bir İsrail diplomatı deyir. Bu münasibətlər nə dərəcədə uzağa gedə bilər? İsrail İranın nüvə proqramına görə hərbi tədbir görəcəyi ilə hədələyib. “Foreign Policy” jurnalı iddia edirdi ki, İsrail bu məqsədlə Azərbaycanda hava bazasına çıxış əldə edib. Azərbaycan və İsrail rəsmiləri bu məlumatı təkzib ediblər. Adı çəkilməyən İsrail rəsmiləri İsrailin 2-ci kanalına deyiblər ki, Azərbaycanda hava bazalarından “daha yaxşı, daha praktik variantlar” var" deyə, məqalədə bildirilir.

Bu xəbər oxucular tərəfindən 1310 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |