25.04.2017 [10:18] - Gündəm, Mədəniyyət
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıqlarını başa çatdırıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, teatr beynəlxalq tədbirlə bağlı xüsusi repertuar planı hazırlayıb. Repertuara dünya və Azərbaycan klassik və müasir dramaturgiya nümunələri daxil edilib.
Sənət ocağının repertuarında olan C. Məmmədquluzadənin “Ölülər”, N.V.Qoqolun “Müfəttiş”, A.Saqarelinin “Xanuma”, İ.Əfəndiyevin “Boy çiçəyi”, H.Mirələmovun “Vəsiyyət”, Elçinin “Şekspir”, E. de Filipponun “Silindr”, B.Nuşiçin “Nazirin xanımı” və başqa tamaşalar müvafiq olaraq rus və ingilis dillərində subtitrlərlə əcnəbi qonaqlara, turistlərə və nüfuzlu beynəlxalq tədbirin iştirakçılarına təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən onu da deyiblər ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə repertuardakı əsərlərin tərcümə edilməsi səhnə əsərlərinin xarici dillərdə nümayişinə xüsusi şərait yaradır: “Nazirliyin bu dəstəyi nəticəsində ötən il teatrın repertuarındakı bir neçə tamaşa rus və ingilis dillərinə tərcümə edilib və əcnəbi qonaqların xüsusi razılığına səbəb olub. İnanırıq ki, ölkəmizin paytaxtında keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları da Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq tamaşalardan məmnun qalacaq və Azərbaycandan xoş təəssüratla ayrılacaqlar”.

Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |