25.04.2017 [11:03] - Xəbərlər, DAVAMın yazıları
Təqdim etdiyimiz digər məktublardan fərqli olaraq bu məktuba geniş giriş yazmaq fikrindən uzağam. İsmayıl bəy Qaspıralı və Əli bəy Hüseynzadənin adı keçən mətnin xüsusi izahata ehtiyacı yoxdur. Sadəcə olaraq onu deyim ki, bu məktubu İsmayıl bəy Qaspıralı “Həyat” qəzetinin nəşrə başlaması ilə bağlı düşüncələrini Əli bəy Hüseynzadəyə yazıb. Məktub olduqca maraqlı və düşündürücüdür.
Enter.News professor Şirməmməd Hüseynovun araşdırmalarından əldə etdiyimiz həmin məktubu təqdim edir:
"Rəfiqi - möhtərəm “Həyat”!
“Hayat”ın bir sənəlik nüsxələrini məxsusi cəm edərək altun qızıl yazı ilə namı-acizanəmə cildlədib və bu da az olur kimi məxsusi bir beyt daha qoşub yenə qızıl altun boya ilə “Təqdimnamə” əlavə və dərc edib göndərmişsən. Çox yaşa, qardaşım, çox yaşa! Lakin mən bu qədər rəğbətə kəndimi (özumü) layiq görmədiyimdən böylə bir hədiyyə almaqda doğrusunu söyləyim, zərrə qədər ümidim yox idi. Kəsrəti-iştiğalımdan (işin çoxluğundan) ötrü doğrudan doğruya “Həyat” səhifələrinə beş-on sətir yazı vermək əlimdən gəlmədi isə də, 15-20 sənədən bəri Qafqasiyada İslami bır qəzetənin, bir “Həyat”ın zühuruna duaçı bulunduğum məstur (gizli) deyildir.
Fəqət quru duaçılıqdan irəliyə varmadığım həm məlumdur. Şükr Xudaya, maşallah zəmanə! İyirmi sənəlik bir həsrətimə qarşı “Həyat” görüldü. “İrşad eşidildi. Ümidvaram kı, “Həyat” “İrşad”a “İrşad”“Həyat”a xadim olub, məmati (ölümü) ta Qaf dağlarına qədər sürməyə cahd və qeyrət edərlər.
Rəfiqi - möhtərəm! “Təqdirnameyi-qədirdanə”ni dəfə-dəfə oxudum. 25 sənədən bəri bir neçə yazılar yazıb məcmui ilə söylədiyim “bir söz” nə olduğunu anlamış olduğunu anladım. Bəncə bu pək böyük bir təsəllidir”, “Nədən təsəllidir?” sualı gəlirsə, söyləyim: “İnsanları təfriq edən üç şey vardır; biri məsafə uzaqlığı, biri din başqalığı və biri dilsizlikdir. Bundan 25 sənə müqəddəm əhvalı-milliyəmizi mülahizə edərək zəif başım və dərdlərimizə dərman izlədikdə gördüm ki, dinimiz həp bir isə də məsafə ilə dilsizlik bizləri təfriq edir (ayırır). Səmərati-mədəniyyədən olan paraxodlar, dəmir yollar, teleqraflar sənəbə-sənə məsafələrə qələbə etdikləri dəxi görülüb, səbəbi-təfriqəmizə ancaq “dilsizlik”, yəni lisanı-ədəbiyyəmiz olmadığı baş səbəb olduğu gün kimi aşkar oldu. Bu əsnada cümlə “obrazovannı” - “ziyalı” qardaşlarım kimi mən də türkcə İslamı yazmaya bilməz idim.
Lakin başımı daşa vurub, əlimə qələm alıb, ən ibtida yazıb nəşr etdiyim sətirləri vicdanına təqdim və ərz edirəm. 1298 səneyi-hicriyyəsinin cəmadiül axirinin 20-ci gününə təsadüf olan 1881 sənəsinin may səkkizinci günü əski türkcədə birinci oğul, birinci əsər mənasındakı “Tunğuc”nam pərakəndə vərəqəyi nəşr etmiş idim. Bunun başında yazdığım “birinci söz” bu sətirlərdən ibarətdir. (Eynənnəql) “Lisani-tatariyyənin, yəni türkinin işlənməsinə və irəliləməsinə çalışmaq istərəm. Mən bir usta və qələm əhli deyil isəm də, vətənimin yetişib gələn gəncləri qələm və fünun ərbabi, əməl və qeyrət sahibləri olurlar. Husni-zənn ilə bu baltalama qaba qələmimizi yol və car açmaya məxsus elədim”.
25 sənədən bəri dediyim, yazdığım, çalışdığım budur! Car (çarə) aramaq, yol açmaq! Başqa bir şey deyildir. Çünki qəvi, nəcib ömürlü, qəddəmli və cəsarətli olan türk millətinin pərakəndə düşüb Səddi-Çindən ağ dənizə qədər cayradığı halda nüfuzsuz, davuşsuz qaldığı lisansızlığından, yəni “lisani-ümumiyə” malik olmadığından irəli gəlmişdir. Bu etiqad ilə ömür etdim, bu etiqad ilə məzara girəcəyəm.
25 sənədən bəri bu məslək üçun arkadaş bəkliyor idim... bunun üçün “Həyatın” vücudu mənə böyük təsəlli oldu.
Keçən sənə avqustda, bu sənə yanvarda Rusiya müsəlmanlarının ümumi ictimai və məclislərini görmək ilə müşərrəf və bəxtiyar oldum. Bu məclislərin lisani-halı bizlərə nə dərs verdi? “Ümum ittifaq və iş üçün ümümi lisani-ədəbiyyə lazımdır” – dedi.
Vaqeən bir ovuc qədər olan “Tərcüman”ı oxub gəlmiş qazanlı, krımlı, şirvanlı, bakılı, hacıtərxanlı, sibiriyalı, türküstanlı, buxaralı türklər bir-biri ilə bilazəhmət söyləşdikləri görüldü və bunun ilə bərabər məhəlli və yerli şivədən mandə (qalmış) türkiyyat görməmiş, oxumamış olanlar ilə bərabər rusca, fransızca nemescə dilləri bilən ziyalı, abrazovannı qardaşlarımızın bir-birinə türkcə söhbət eləmədikləri; nəzəri-ibrətlə müşahidə edildi. Mazkur məclislərimizdə рəк mühüm, pək mütid əsaslar qonuldu. Fəqət təkrar edirəm, ən mühim səmərəsi “lisani- ümumi”yə hacətimizin zahir olduğudur.
Əziz qardaşım, mənə “Həyat”ın hamisi demişsən. Gözəl, amma bu sözün təfsiri hacətlidir. “Həyat”ın hamiyi-həqiqisi millətdir. Mən yalnız onun tərcümanıyam. Millət sənə daim hami olur. Fəqət yeganə şərtimi unutma - hər nə yazacaq isən, qələmi üç qəpiklik qara mürəkkəbə batırma ürəyinə batırıb qanı ilə yazı yaz. Sözün ötər, vicdanlara yetər, əks halda bisəmərə gələr, keçər, gedər. Qardaşım, sənə bu sözlərim həm riса, həm nəsihət, ham vəsiyyətdir.
Xatimə (son söz)
“Vəsiyyətdir” dediyimə tərs məna verilməsin. Mən şimdidən sonra daha ziyadə çalışacağam. Zaman və hal böylə iqtiza etdi. Lisan birliyini, lisani-ədəbi-umumiyi daha ziyadə mühafizə etmək günləri gəldi. Şükurlər olsun Xudaya, üç-beş aylar içində səkkiz-on ədəd qəzetələrimiz doğdu. Hər birinin niyyəti-xalisəsi maarif, mədəniyyət və tərəqqiyati-milliyə xidmət etməkdir. Amma bunun ilə bərabər hər biri başqa bir şivə başqa bir imla, başqa bir üsuli-ifadə tutdu. Əgər böylə gedirsə, əhvali-millət ağırlaşacaqdır.
“Mətbuatımız yaponca tərəqqi ediyor” sözləri eşidildi. Hay. hay! Böylə olsa idi, nə xoş! Amma deyil. Çünki yapon adalarının hər birində birər şiveyi-məhəlliyə olduğu halda mühərrirləri və ədibləri ən ibtida “Lisan birləşdirməkdən” işə başladılar və bu sayədə dil və lisan ilə bərabər millətin fikirlərini, niyyətlərini və işini birləşdirdilər. Çünki lisan və ədəbiyyat birliyi sair cümlə birliklərin əsası və nəkzidir.
“Tərcüman”, İsmayıl"
(“Tərcüman” qəzeti, 15 man 1906, N26)
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |