Şrift:
Əbülfəs Qarayev: “İşğal olunmuş ərazilərdəki tarixi Azərbaycan abidələri vəhşicəsinə dağıdılır”
27.04.2012 [12:45] - Mədəniyyət
“Azərbaycanın ermənilər tərəfindən işğal olunan ərazilərində 350-dən çox mədəniyyət abidəsi, qəbiristanlıqlar, ibadətgahlar qalıb”.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib: “Bu gün işğal olunan ərazilərdə qalan abidələrin vəziyyətinə nəzarət edə bilmirik, bu bizim ağrılı yerimizdir”.

Nazir vurğulayıb ki, işğal olunmuş ərazilərdə tarixi Azərbaycan abidələri kobud şəkildə, vəhşicəsinə dağıdılır, hətta onlara qarşı dini baxımdan hörmətsizlik edilir: “Bunu keçirilən bütün beynəlxalq konfranslarda dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır”.

Ə. Qarayev, Azərbaycan prezidentinin apardığı siyasət nəticəsində ölkədəki tarixi abidələrin bərpa olunduğunu xatırladıb: “İçərişəhər Qoruğu artıq dünya üçün bir nümunədir. Bu göstərir ki, müasir inkişaf edən böyük şəhərin içində mədəni irisin qorunub saxlanması mümkündür”.
Bu xəbər oxucular tərəfindən 1226 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed