27.04.2012 [13:53] - Özəl xəbər, Fərəc Quliyev
"Əgər rəsmi Bakı bunun müzakirəsini təklif edirsə..."
Avropa Şurası Parlament Assambleyasının siyasi məhbus məsələləri üzrə həmməruzəçisi Kristofer Ştrasser Azərbaycana gəlməyəcək. Bunun səbəbləri viza məsələsi ilə deyil, onun Bakıya gəlməkdən imtina etməsi ilə bağlıdır. Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə söhbətimizdə bu məsələyə avdınlıq gətirməyə çalışdıq:
- Avropa İttifaqının prezidenti ilə parlamentdə görüşdə bir ifadə işlətdim: "Beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərimizdə, yalnız bizim öhdəliklərimiz yoxdur, həm də sizin öhdəlikləriniz var. Çünki beynəlxalq təşkilatlar beynəlxalq hüququn törəmə subyektləridir. Hər kəs beynəlxalq hüquqa əməl etməlidir. Gəlib bizdən elə şeylər tələb edirlər ki... Məsələn, 5 nəfərin hüququ pozulub. Amma bir milyon insanın hüququ pozulsa da, buna diqqət yetirən yoxdur. Mən bunu misal çəkdim. Dedim ki, Ermənistan ərazilərimizi işğal edib. Deyirsiniz gəlin bunlarla əməkdaşlıq edin. Doğrudur, Qarabağ problemilə, bölgədəki vəziyyətlə bağlı Avropa Parlamentində son vaxtlar bir sıra ciddi qərarlar qəbul olunub. Yaxud qarşılıqlı sazişlərdə Ermənistanın iştirakına şərtlər qoyulub.
Ştrasser özü də bu məsələlərdə bizdən bəzi şeyləri istəyir. Və beynəlxalq qanunlara istinad edir, bu, başa düşüləndir. Amma Azərbaycan tərəfi bundan normal təkliflər də gözləyir. Ştrasser özü ifadə edir ki, rəsmi Bakı özü siyasi məhbus statusunu müəyyən edəcək meyarları müzakirə etməyə hazır olduğunu bildirib. Bu məsələnin müzakirə olunması normal haldır. Yəni o deyir ki, siyasi məhbus var. Qarşı tərəf də təklif edir ki, gəlin bunu müzakirə edək, meyararı müəyyənləşdirək. Bilirsiniz ki, siyasi məhbus məsələsilə bağlı indiyədək xüsusi çərçivə müəyyənləşdirilməyib, meyarlar yoxdur. Əgər rəsmi Bakı bunun müzakirəsini təklif edirsə, Ştrasserin bura gəlməmək üçün bəhanə axtardığı ortadadır. O, əvvəllər də fərqli mövqedən çıxış etmişdi. Hətta məndə olan məlumata görə, onun mayın 2-dən 6-a qədər olan müddətdə Bakıya gəlməsilə bağlı razılaşma var idi. Ştrasser bura fərd olaraq gəlmir ki...O, Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə həmməruzəçisidir. Ölkəmizə həmin təşkilatın adından gəlir. Əvvəldən də hazırlıq görülüb. Burada bir sıra qeyri-hökumət təşkilatları ilə danışıqlar da olub. Onun bura gələcəyi barədə xəbərlər verildiyinə görə hazırlıq görülüb. Birdən-birə, gözlənilmədən qərarını dəyişməsi məndə belə bir təəssürat yaradır - Ştrasser Azərbaycan tərəfinə irad tutur ki, rəsmi Bakı mənimlə siyasi məhbus statusu verəcək meyarları müzakirə etmək istəyir - bu, doğru sayılmaz. Çünki onda belə çıxır ki, hökumət mənimlə əməkdaşlıq etmək istəyir. Yaxşı sən onsuz da əməkdaşlıq etməlisən. İşin bundan ibarətdir. Amma hökumətlə prinisip və təzyiqlərlə danışmalı deyilsən ki. Buna görə də düşünürəm ki, Ştrasser Azərbaycanın dostu olmayan ölkələrin lobbisinin təsiri altında olması təəssüratı yaranır. Çünki mən hesab etmirəm ki, Azərbaycan tərəfindən ortaya qoyulan ifadələr və çağırışlar Ştrasserin gəlməsinə qarşı ola biləcək maneələrdir. Belə düşünmürəm.
- Fərəc bəy, iqtisadi sahədə güc Azərbaycanın tərəfindədir. Qərb iqtisadi əməkdaşlıq çərçivəsində respublikamızın təbii sərvətlərindən - neftindən, qazından bəhrələnir. Amma Avropa, habelə ABŞ Azərbaycan və Ermənistana müqayisədə təcavüzkar ölkənin mövqeyini müdafiə edirlər. Diasporumuz, lobbiçiliyimiz zəifdir, yoxsa?
- Yox, belə deyil. Belə təəssürat yaranır ki, ortada Ermənistan siyasəti var və kənar qüvvələr buna yardım edirlər. Amma əslində məsələnin mahiyyəti fərqlidir. Bunun dərin kökləri var. Hələ 18-ci əsrin sonlarından türk etnosunun yaşadığı torpaqlarda parçalanmanın olması və burada türk, islam dünyasına zidd olan etnosun dövlət qurması ilə bağlı ideya vardı. Hesab kitablarında Türkiyə torpaqlarında, bu ölkəni parçalamaq, dağıtmaq hesabına Ermənistan adlı dövlətinin qurulması ilə bağlı planlar ortaya qoyuldu. Amma sonda belə alındı ki, Qərbi Azərbaycan torpaqlarında erməni dövləti qurdular. Bu, "dənizdən dənizə erməni dövləti qurmaq" planından ibarətdir. Məqsəd isə ermənilərdən istifadə etmək idi. Ermənilərdən yararlanmaq planları bu gün də ortadadır. Yəni ana məqsədlərə xidmət edən elementlərdən biri kimi bu gün ortada Ermənistan var ortada. Ermənistan siyasətinə kimsə yardım göstərmir. Sadəcə, türk dünyasına qarşı çıxan böyük güclərin siyasətində erməni elementi var. Bu element də, Rusiya və onun tərəfdaşlarının bloklaşmalarda bir tərəfdə, Qərb ölkələrinin isə digər tərəfdə olmalarına baxmayaraq, ortaq mənafe baxımından Ermənistan ortaq şəkildə dəstəklənir. Buna görə də bəzi məqamlarda həm Rusiya, həm də Ermənistanın mövqeyindən çıxış etməyə başlayırlar. İkinci tərəfdən də özünüz qeyd etdiyiniz kimi, Azərbaycanın strateji mövqeyi, yeraltı, yerüstü sərvətləri, tranzit ölkə olması bizə bir az da zərbə gətirəcək məsələlərə çevrilib. İstəyirlər ki, respublikamız təzyiq altında olsun. İndi heç kim Qarabağ məsələsinin həll olunmasında ona görə maraqlı deyil. Ortada problemsiz Azərbaycan olacağı təqdirdə ən pis şərtlərini nəyi bəhanə edərək təzyiq kimi təqdim edəcəklər. Ona görə də Qarabağ məsələsinin problem kimi olması ən çox da Rusiyaya təsir edir. Eləcə də burada marağı olan digər dövlətlərə...Üçüncü məsələ: - etiraf etmək lazımdır ki, Avropa xristian ənənələri ilə yunan fəlsəfəsinə söykənən evdir. Almaniya kansleri bildirmişdi ki, biz Türkiyənin Avropa evinə daxil olmasına razı deyilik. Çünki bu, xristian klubudur və Türkiyə ora üçün yaddır. Yəni ortada təəssübkeşlik məsələsi də var.
Anar Tağıyev Gündəlik Bakı qəzeti.

Bu xəbər oxucular tərəfindən 1430 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |