Şrift:
Diaspor təşkilatlarının işi ölkə üçün hər zaman zəruridir
26.04.2017 [10:38] - Diaspor
Aprelin 25-də Azərbaycan Texniki Universitetində (AzTU) Diaspor Jurnalistləri Birliyinin (DJB) “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində tədbir keçirilib.

AzTU-dan bildirilib ki, bu ali məktəbin prorektoru İsa Xəlilov müxtəlif ölkələrdə fəaliyyət göstərən, Azərbaycanı dünyada tanıdan diaspor təşkilatlarının gördüyü işlərin əhəmiyyətini vurğulayıb. 1990-cı illərin əvvəllərində ölkəmizin məqsədli şəkildə informasiya blokadasına salınmasını və bu blokadanın yarılmasında diasporların fəaliyyətlini yada salan İ.Xəlilov qeyd edib ki, diaspor təşkilatlarının işi ölkə üçün hər zaman zəruri olacaq.

DJB-nin sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq əsas hədəflərin tələbələri Azərbaycan diasporu haqqında düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu söyləyib.

Daha sonra “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Dünya Azərbaycanlıları Konqresinin Qadınlar Şurasının sədri Dünya Əliyeva, Türkiyə Azərbaycan evinin icraçı direktoru, diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili və başqaları Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlərdən danışıblar. Çıxış edənlər xaricdəki tələbələrimizin diaspor fəaliyyətinin perspektivlərindən, gənclərimizin informasiya müharibəsinin aparılmasında rolundan bəhs ediblər.

AzTU-nun məzunu, Almaniyanın Rostok Universitetinin texniki termodinamika kafedrasının daimi elmi işçisi Cavid Səfərov isə “Skype” vasitəsilə “Diaspor dərsi”nə qoşulub və öz fikirlərini tələbələrlə bölüşüb.

Sonda qonaqlar tələbələri maraqlandıran sualları cavablandırıblar.
Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed