Şrift:
Azərbaycan və Türkiyə İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər
27.04.2012 [15:13] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Bu barədə Türkiyənin elm, sənaye və texnologiyalar naziri Nihad Ergün Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri ilə görüşündə bildirib.
Ergünün sözlərinə görə, bu gün Türkiyə və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlıq edirlər və İKT böyük perspektivlərə malik istiqamətlərdən biridir. Türkiyə tərəfi Azərbaycana informasiya texnologiyaları sahəsində ali məktəblər və kadrların hazırlanması sahəsində əməkdaşlıq üzrə öz təcrübəsini təklif etməyə hazırdır.
Öz növbəsində, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə İKT, mikroelektronika, kosmik sənayenin yaradılması, radio və televiziyanın inkişafı sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırıb.
Abbasov innovasiya layihələri sahəsində Türkiyə tərəfi ilə əməkdaşlıqda marağını ifadə edib. Onun sözlərinə görə, Nazirlik yanında İKT-yə Dəstək Fondu yaradılıb. Onun əsas istiqamətləri innovasiya biznesinin inkişafıdır ki, bu da iki ölkə arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri ola bilər.
Nazir Abbasov Türkiyə tərəfini Bakutel sərgisində iştiraka və biznes mühitində yüksək texnologiyaların inkişafını və tətbiqini təqdim etməyə dəvət edib.
Görüşdə nanotexnologiyalar sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 1298 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed