Şrift:
Ağciyər xərçənginin qarşısını alan içki – SADƏ RESEPT
26.04.2017 [10:48] - Sağlıq
Xərçəng, xüsusilə ağciyər xərçəngi dünyada ən çox ölümə səbəb olan ürək-damar xəstəliklərindən sonra ikinci yerdə gəlir. Hər il təxminən 10 milyon insana xərçəng diaqnozu qoyulur, 8 milyon insan isə xərçəngdən həyatını itirməkdədir. 2020-ci ildə isə bir ildə xərçəngə tutulan insanların sayının 15 milyondan çox olacağı təxmin edilir.

Xərçəng bədəndə olan xərçəng hüceyrələrinin böyüməsi və inkişafı nəticəsində yaranan xəstəlikdir. Xərçəngin yaranmasına səbəb olan faktorlar arasında qeyri-sağlam qidalanma, siqaret istifadəsi, stress, infeksiya xəstəlikləri, spirtli içkilər və gigiyena şərtləri yer tutur. Dünya həkimləri bu xəstəliyin tam müalicəsi ilə bağlı müxtəlif araşdırmalar aparsalar da, xərçəngin dərmanı hələ də tapılmayıb.

Buna baxmayaraq, mütəxəssislər xərçəngin qarşısını almaq üçün qidalanmaya fikir verməyi mütləq hesab edirlər.

Enter.News türkiyəli dietoloq Aişə Tuğba Şengelin xərçəng təhlükəsi və onun qarşısını almağın yolları ilə bağlı fikirlərini təqdim edir. Həkim deyir ki, ideal çəkidə olmaq, sarımsaq, brokoli, gül kələm, brüssel kələmi, soğan yeməyi artırmaq, quru paxla, tam taxıllı məhsullar kimi lif qaynaqlı qidalar yemək, tərəvəz, meyvə yeməyi çoxaltmaq, qızartma, qovurma, hazır qidalardan uzaq dayanmaq xərçəngə tutulma riskini azalda bilər: “Aparılan araşdırmalar ən çox ağciyər xərçənginin üstünlük təşkil etdiyini göstərir. Xərçəngin bu növünün yaranmasının ən böyük faktoru isə siqaret çəkməkdir. Siqaret hər il təxminən 4,5 milyon insanın ölümünə səbəb olur. Bu rəqəm 2020-ci ildə 7,5 milyona çata bilər. Siqaret bədənin müdafiə sisteminə təsir edir və immunitet sistemini aşağı salır. Buna görə də siqaret çəkən insanların antioksidan qaynağı olan A, C və E vitaminləri ilə zəngin qidalanmaları şərtdir”.

Mütəxəssis ağciyər xərçənginə düşmən olan antioksidant tərkibli içkidən də bəhs edib. Dietoloqun məsləhət gördüyü içkinin hazırlanma qaydası ilə sizi də tanış edirik.

Ərzaqlar:

- Fındıq böyüklüyündə təzə zəncəfil

- 4-5 budaq tərə

- 1 diş sarımsaq

- 1 stəkanı qaynadılmış keçibuynuzu suyu

Hazırlanması:

Bütün vəsaitləri 1 stəkan qaynadılmış keçibuynuzu suyuna qarışdırıb blenderdan keçirin. Həftədə 1 dəfə içə bilərsiniz.
Bu xəbər oxucular tərəfindən 1054 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed