Şrift:
Rəssamlıq Akademiyasında gənc rəssamın sərgisi açılıb
26.04.2017 [16:20] - Gündəm, Gənclik, Mədəniyyət
Aprelin 26-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində gənc rəssam Tural Bayramovun “Mənim səssiz dünyam” adlı fərdi rəsm sərgisi açılıb.

Akademiyanın dəstəyi ilə təşkil olunan sərgidə gənc rəssamın 100-dək əl işi təqdim olunub.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov çıxış edərək gənc fırça ustasının müxtəlif janrlı sənət əsərlərinin yer aldığı sərginin əhəmiyyətindən danışıb.

Vurğulanıb ki, təbiət və gözəllik vurğunu olan gənc rəssamın yaradıcılığında mənzərə və portret janrı üstünlük təşkil edir. Onun “Mərdəkan”, “Bakı bulvarında gəzinti”, “Gədəbəydə əkin sahələri, “Lənkəranda payız”, “Neftçi düşərgəsi” və digər çoxsaylı əsərlərində bölgələrimizin ekzotik mənzərələri ustalıqla canlandırılır.

Gənc rəssamın yaradıcılığının akademiyanın professor və müəllim heyəti tərəfindən hər zaman xüsusi qiymətləndirildiyini deyən Ö.Eldarov onu daim axtarışda olan fırça ustası kimi xarakterizə edib.

Sonra qonaqlar aprelin 28-dək davam edəcək sərgi ilə tanış olublar.
Bu xəbər oxucular tərəfindən 1052 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed