Şrift:
Heydər Əliyev Sarayında "Mənim Azərbaycanım” konsert proqramı təqdim ediləcək
01.05.2017 [10:32] - Mədəniyyət, Bildiriş
IV İslam Həmrəyliyi Oyunları günlərində Heydər Əliyev Sarayında qonaqlara islam və Azərbaycanın zəngin mədəniyyətini əks etdirən müxtəlif konsert proqramları təqdim ediləcək.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, aprel ayında Bakı Şoppinq Festivalının açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə premyerası keçirilən konsert proqramı yenidən paytaxt sakinləri və xarici qonaqlara təqdim olunacaq: “Obrazlığı, rəngarəngliyi və ifaları böyük maraqla qarşılanan Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” yeni konsert proqramı və “Koroğlu” bir pərdəli milli baleti mayın 20–də Heydər Əliyev Sarayında baş tutacaq. Konsertin bədii rəhbəri və quruluşçusu Rusiyanın xalq artisti Dikalu Muzakaevdir” .

Saat 19:00–da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed