28.04.2012 [14:17] - DAVAMın yazıları
Dövlət StatistikaKomitəsi: azərbaycanlılar 91, 6 %, ləzgilər 2,0 %, ermənilər 1,3 %, ruslar 1,3 %, talışlar 1,3 %, avarlar 0,6 %, türklər 0,4 %...
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründən etibarən Azərbaycan türk millətinin «türk» adı ilə yanaşı, «azərbaycanlı» sözündən də istifadə edilib ki, birinci etnik mənsubiyyəti əks etdirdiyi halda, sonuncu daha sox siyasi məna kəsb etmişdi. Yəni Azərbaycan Cümhuriyyətinin ideoloqları «azərbaycanlı» anlayışını «türk» sözünün sinonimii kimi istifadə etməklə yanaşı, onu bir qədər də Azərbaycanda yaşayan türk və qeyri-türk xalqların ümumi adı kimi də səciyyələndirməyə çalışmışlar. Başqa sözlə, istər Azərbaycan Cumhuriyyəti, istərsə də Azərbaycan Sovet Cümhuriyyətinin ilk dövrlərində «azərbaycanlı» anlayışı vahid etnik mənsubiyyəti ifadə edən milləti deyil, daha çox siyasi milləti ifadə edən bir termin olmuşdu.
Bu baxımdan «millət» anlayışını iki cür fərqləndirmək olar: 1. Millət - vahid əraziyə, tarixə, eyni soykökə və dilə, milli özünəməxsusluğa, adət-ənənələrə və əxlaqi dəyərlərə əsaslanan etnosların siyasi-ideoloji birliyidir; 2. Millət - qarışıq və sinkretik mədəniyyətə, dini-fəlsəfi dünyagörüşə, bir-birinə yaxın adət-ənənələrə, bununla yanaşı vahid əraziyə, hətta bu ərazidə qədim dövrlərdə mövcud olmuş dövlətçilik ənənələrinə eyni şəkildə iddialı, ancaq soykökə və dilə görə bir-birinə yad olan, zaman-zaman qaynayıb-qarışan etnosların birinin müəyyən, yaxud da başlıca üstünlüyü (həmin etnoslardan birinin dilinin dövlətdə əsas dil olması, sayca çoxluğu, dövlət atributlarında təmsilçiliyi və s.) nəticəsində meydana çıxmış siyasi-ideoloji birlikdir. Deməli, birinci etnik millət - türk (eyni soykökü daşıyan etnosların birliyi), ikincini isə siyasi millət (soykök və dil baxımdan fərqli etnosların birliyi) - azərbaycanlı adlandırmaq olar. Deməli, Azərbaycanda milliyyət, etnos baxımından türklər «əsas millət», «hakim millət»dir və siyasi mənada «azərbaycanlı» adlanan millətin 90 faizindən çoxunu təşkil edir.
Ancaq 1930-cu illərin sonlarına doğru SSRİ başçılarının və ideolqlarının rəsmi göstərişi ilə «türk milləti» və «türk dili» anlayışlarının aradan qaldırılması ilə «azərbaycanlı» sözü siyasi milləti deyil, birmənalı şəkildə etnik milləti ifadə etməyə başlamışdı. Bununla da dünənə qədərki türk azərbaycanlı, türk dili Azərbaycan dili olmuşdu. Sovet ideoloqları (İ.M.Dyakonov, Q.A.Melikişvili, E.A.Qrantovski, T.S.Yeremyan, V.İ.Abayev, İ.Əliyev, F.Məmmədova və b.) bununla kifayətlənməyərək «azərbaycanlı» və «Azərbaycan dili» anlayışlarına etnik məna vermək üçün, dünənki türkləri və onların türk dilini gah farslaşdırmış, gah da Nax-Dağıstan etnik və dil qrupuna aid etmiş, ən yaxşı halda isə türk olmayan istənilən naməlum etnik və dil ailəsinə daxil etmişdilər. Bir sözlə, sovet rəhbərləri və ideoloqları yeni yaradılmış «azərbaycanlı millət»ini türk milləti və türk dili istisna olmaqla, istənilən millətlə bağlamağa icazə vermişdi. Deməli, Azərbaycanın türksüzləşdirilməsi ssenarisi ilk olaraq 1930-cu illərdə rəsmən başlamış və SSRİ dağılana qədər davam etmişdi.
Ancaq burada hökmən qeyd etməliyik ki, 1960-cı illərin ortalarından başlayaraq, Azərbaycanın türksüzləşdirilməsinə qarşı ilk ciddi etiraz dalğası başlamış və bu sahədə Z.Bünyadov, Q.Qeybullayev, T.Hacıyev, M.İsmayılov, Y.Yusifov və başqaları mühüm rol oynamışlar. SSRİ-nin dağılması ilə tarixi həqiqətin bərpasına çalışan bu Azərbaycan türk ziyalıları müstəqillik dövründə yazdıqları əsərlərində də azərbaycanlıların türk, Azərbaycan dilinini isə türk olduğunu dəfələrlə bəyan etmişlər.
Bizə elə gəlir ki, müstəqillik dövründə də istər açıq, istərsə də üstüörtülü şəkildə Azərbaycanda iki başlıca meyil özünü büruzə vermiş və verməkdədir. Birinci meyilin tərəfdarları (Z.Bünyadov, Y.Yusifov, Q.Qeybullayev, T.Hacıyev və b.) Azərbaycan türklüyündən çıxış edərək türklüyü və Azərbaycanı vəhdət şəklində götürmüşlər. Ancaq ikinci meylin tərəfdarları (İqrar Əliyev, Fəridə Məmmədova və b.) Azərbaycanı nə vasitə ilə olursa-olsun türksüzlşədirmək xəttini yürütmüşlər və yürütməkdə də davam edirlər.
Çox təəssüflər olsun ki, son dövrlərdə Azərbaycanın türksüzləşdirilməsi artıq nəinki ayrı-ayrı yerli alimlərin kitablarında, monoqrafiyalarında, hətta rəsmi dövlət nəşrlərində də öz ifadəsini tapır.
Məsələn, ötən il - 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən iki dildə (Azərbaycan türk dili və ingilis dilində) nəşr olunan «Müstəqil Azərbaycan - 20 il» kitabında Azərbaycan Respublikasının əhalisinin milli tərkibi (2009-cu ilin rəqəmlərinə görə) aşağıdakı kimi verilmişdi: azərbaycanlılar 91, 6 %, ləzgilər 2,0 %, ermənilər 1,3 %, ruslar 1,3 %, talışlar 1,3 %, avarlar 0,6 %, türklər 0,4 %...
Deməli, dövlətin bu rəsmi nəşrindən belə məlum olur ki, azərbaycanlılar və türklər başqa-başqa millətlərdir. Hətta, türklərin sayı nəinki azərbaycanlılardan, o cümlədən ləzgilər, ermənilər, ruslar, talışlar və başqalarından da qat-qat azdır.
Doğrudur, bu kitabı ərsəyə gətirənlər bəyan edə bilərlər ki, onlar heç Azərbaycan əhalisinin bir faizini belə təşkil etməyən türklər dedikdə, hansısa amillərdən çıxış ediblər. Bizə elə gəlir ki, rəsmi bir nəşrdə azərbaycanlılar və türklərin, o cümlədən onların yanında ləzgilər, talışlar, avarlar və başqa azsaylı xalqların ayrıca qeyd edilməsi, istənilən halda azərbaycanlıların ondan sonra qeyd edilən etniklərlə eyni milli tərkibi paylaşmamasını ortaya qoyur.
Nəzərə alsaq ki, bu kitab iki dildə nəşr olunmuşdur, onda bu rəsmi nəşri oxuyan əcnəbi millətlərin azərbaycanlıların türklərdən fərqli bir millət olması qənaətinə gəlməsi təbiidir.
Maraqlıdır ki, bu kitabın doğma dilimizdə olan hissəsində dövlət dili «azərbaycan», ingilis dilində isə «azəri» adlandırılmışdı. Eyni zamanda bu kitabda qeyd olunduğuna görə «azərbaycanlı milləti»nin 99,7 faizi öz millətinin dilini ana sayır və öz millətinin dilində, yəni «Azərbaycan dili»ndə danışhırlar. Azərbaycan əhalisinin cəmi 0,4 faizini təşkil edən türklərin isə 83,7 faizi öz millətinin, yəni türk millətinin dilini ana dili sayır, ancaq onlardan 85,5 faizi «Azərbaycan dili»ndə danışırlar və s.
Maraqlıdır bütün bu rəqəmləri Dövlət Statistika Komitəsi hardan əldə etmiş və hansı mənbələrə əsaslanmışdır?
Bizə elə gəlir ki, Azərbaycan əhalisinin böyük əksəriyyətini təşkil edən türklərin, Azərbaycan türklərinin çox cüzi bir azlıq kimi bu kitabda öz əksini tapması adi bir yanlışlıq ola bilməz. Əgər burada söhbət etnik azərbaycanlılardan gedirsə, o zaman əhalinin 91,6 faizi kimi göstərilənlər azərbaycanlı deyil, Azərbaycan türkləridir. Eyni zamanda əgər burada milli dildən bəhs olunursa, onda «Azərbaycan» deyil, «Azərbaycan türk dili» anlayışından istifadə oulnmalıdır. Əks təqdirdə belə anlaşılır ki, azərbaycanlılar 1937-ci ildə SSRİ rəhbərliyi tərəfindən əsası qoyulan yeni bir millətdir. Elə bir millət ki, onun ayrıca etnik kimliyi və dili vardır.
Yeri gəlmişkən, zaman-zaman Ermənistan rəhbərləri və ideoloqları da məhz «azərbaycanlı milləti»nin SSRİ dövründə yarandığını və onların türklərlə heç bir bağlılığının olmadığını irəli sürürlər. Yaxın illərdə ermənilərin bu iddialarına qarşı cavab verənlərdən biri də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev olmuşdu. R.Mehdiyev «Gorus-2010: Absurd teatrı mövsümü» əsərində yazır ki, «yeni yaradılmış» xalq sovet ideoloqlarının ideyalarının nəticəsidir: «Görünür, bu cür sərsəm bəyanatların müəllifləri adi məsələ üzərində fikirləşməmişlər: bürokratik direktiv-məmur etnogenezi ilə adi insan biologiyası arasında nə əlaqə var? Əgər çoxəsrlik tarixə malik olan bir xalqın adını dəyişməyi qərara almış partiya rəhbərinin öz kabinetində bircə dəfə «qələm çalması» əsasında millət yaradıla bilərsə, bu o deməkdirmi ki, «yeni yaradılmış» xalqın ilk nümayəndələrinin nə ataları, nə babaları, nə də ulu babaları olmuşdur və onlar hamısı sınaq şüşəsində klonlaşdırılmışdır? Bu gün Azərbaycanda keçən əsrin 30-cu illərində doğulmuş yaşlı nəsil yaşayır. Bu nəslin nümayəndələrinin çoxunun valideynləri hələ sağdır. Onlar Azərbaycan türklərinin adlarının dəyişdirilərək azərbaycanlılar adlandırılması barədə qərar qəbul ediləndən əvvəl dünyaya gəlmişlər».
Azərbaycanlıların türk olmaları yüksək çinli bir dövlət rəsmisinin dilindən səslənməsinə baxmayaraq, yenə də rəsmi dövlət nəşrlərində türklər və azərbaycanlılar ayrı-ayrı millətlər kimi təqdim olunurlarsa, bunu necə başa düşmək olar? Doğurdanmı, azərbaycanlıların böyük əksəriyyətinin öz təbii adı ilə, yəni Azərbaycan türkləri kimi qeyd olunması bu qədər problemlidir? Ən əsası odur ki, azərbaycanlıları çoxluğu təşkil edən ayrıca bir millət kimi verib, üstəlik Azərbaycanda talışlar, ləzgilər, ermənilər, ruslar və başqaları ilə yanaşı, türkləri və tatarları da azsaylı bir etnik qrup kimi təqdim etmək, Azərbaycanı türksüzləşdirmək, yəni türklükdən uzaqlaşdırmaqdan başqa bir anlam daşımır. Ancaq istər bilərəkdən, istərsə də bilməyərəkdən bu işlə uğraşanlar anlamalıdırlar ki, Azərbaycan və türklük bir vəhdətdir, tamdır. Bu vəhdəti heç bir qüvvə istər daxildə, istərsə də xaricdə olsun, ayıra bilməz.
P.S. Yeri gəlmişkən, 1994-cü ildə Z.Bünyadovun «Azərbaycan tarixi»nin 1994-cü il nəşrinin «Ön söz»ündə işlətdiyi «Azərbaycan türk xalqı» ifadəsi, 2005-ci il və sonrakı digər təkrar nəşrlərdə «Azərbaycan xalqı» kimi verilmişdir. Bu da, yuxarıda qeyd etdiyimiz «Azərbaycanı türksüzləşdirmək» xəttinin tərkib hissəsindən başqa bir şey deyildir.

Bu xəbər oxucular tərəfindən 1401 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |