Şrift:
Mədə-bağırsaq xəstəliyi olanlara həkimdən MÖCÜZƏVİ RESEPT
02.05.2017 [10:15] - Sağlıq
Son zamanlar insanlar arasında bəzi mədə-bağırsaq xəstəlikləri geniş yayılıb. Burada bir çox faktorlar rol oynayır – genetik və xarici faktorlar, düzgün qidalanmamaq, GMO qidalar, zərərli vərdişlər, rejimsizlik, düzgün olmayan həyat tərzi, maddələr mübadiləsinin pozulması və s.

Əlbəttə, hər hansı bir şikayət zamanı ilk növbədə o sahənin mütəxəssisinə müraciət etmək lazımdı. Ancaq çox vaxt insanlar xalq təbabətindən də istifadə edərək özlərini müalicə edirlər.


Həkim deyir ki, bu qarışım əksər mədə-bağırsaq xəstəlikləri, öd kisəsi iltihabı (xolesistit), öd axarlarında iltihab (xolangit), öd yollarının təmizlənməsi, mədəaltı vəzinin iltihabı (pankreatit), hiperaktiv qastritlər, qida borusunun xəstəliyi (ezofagitlərdə), xroniki hepatitlər, qaraciyər daxili xolestaz, qaraciyər daxilində öd yığıntısının təmizlənməsi, qaraciyərin piy distrofiyası, hiperxolesteremiya, xroniki qəbzlik, spastik və xroniki kolitlər, düz bağırsaq iltihabları və anemiyalar zamanı istifadə olunur.

Lazım olan ərzaqlar:

500 ml zeytun yağı (və ya çaytikanı yağı)

200 ml bal

200 qr qoz ləpəsi

4 ədəd limon

Hazırlanması:

Qoz ləpəsi sürtgəcin ən nazik gözündən keçirilir. Limonlardan ikisinin qabığı soyulur, ikisi qabıqlı qalır. Toxumları təmizlənib ət maşınından keçirilir. Əvvəl yağla bal yaxşıca qarışdırılır. Sonra qoz və limon əlavə edilib qarışdırılır. Qarışımın yaxşı həll olunması üçün blendr və ya mikserdən də istifadə etmək olar.

Qarışım hazır olandan sonra onu xırda şüşə bankalara yığıb soyuducunun alt gözünə və ya sərin yerə qoyun. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı qəbul edin. Hər dəfə dərmanı götürəndə bankanın ağzını dərhal bağlayıb yerinə qoyun ki, tez qıcqırmasın. 14-28 gün qəbul etmək olar.

Düz bağırsağın iltihabı və çatı zamanı isə buna bənzər digər qarışımdan istifadə etmək olar.

Lazım olan ərzaqlar:

250 ml zeytun yağı (çaytikanı və ya itburnu yağı da ola bilər)

100 ml bal

75 ml aloe bitkisinin şirəsi

Bunları bir qabda yaxşıca qarışdırın.

Xəstəyə ilk növbədə çobanyastığı dəmləməsi ilə təmizləyici imalə aparılır. Sonra xəstə sağ yanı üstə uzanır. Belinə “prelka” qoyulur. 50 ml qarışım bağırsağa yeridilir. 40 dəqiqə bu vəziyyətdə uzanmaq lazımdır. Qarışım 10-12 gün müddətində gündə 1 dəfə olmaqla istifadə olunur.
Bu xəbər oxucular tərəfindən 687 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed