02.05.2017 [10:19] - İqtisadiyyat
Milli valyutanın möhkəmlənməsi inflyasiya gözləntilərini səngidib.
Bu barədə Mərkəzi Bankın İdarə Heyətində son makroiqtisadi proseslərin müzakirəsi ilə bağlı keçirilən iclasda bildirilib.
Müzakirələrdə makroiqtisadi sabitliyin təmin olunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi vəziyyəti və başlıca makroiqtisadi risklər nəzərdən keçirilib. Qeyd olunub ki, cari ildə tədiyə balansında yaxşılaşma meyilləri müşahidə edilir. Nisbətən əlverişli neft qiymətləri, ixracın, o cümlədən qeyri-neft ixracının artması, habelə rüblük idxalın azalması tədiyə balansının cari hesabına müsbət təsir göstərmişdir. Yaranmış vəziyyətdə 2017-ci ilin sonuna xarici ticarət balansında və cari əməliyyatlar hesabında müsbət saldonun yaranacağı gözlənilir.
Cari ilin ötən dövründə qəbul edilmiş makroiqtisadi sabitlik çərçivəsi üzrə tədbirlər planının ardıcıllıqla həyata keçirilməsi, o cümlədən antiinflyasiya xarakterli mühafizəkar pul siyasəti makroiqtisadi sabitliyin təmin olunmasında mühüm rol oynayıb.
Tədiyə balansında müsbət meyillər və bu şəraitdə valyuta təklifi kanallarının genişlənməsi son aylarda manatın məzənnəsinin möhkəmlənmə trendini gücləndirib. Mərkəzi Bankın valyuta bazarında iştirakının əhəmiyyətli məhdudlaşmasına baxmayaraq manatın məzənnəsində volatillik azalmış və alış-satış məzənnələri arasında spred minimuma enib.
Milli valyutanın möhkəmlənməsi trendinin və daxili tələb amillərinin təsiri altında inflyasiya gözləntiləri səngiməyə başlayıb. Aparılan son sorğulara görə əhalinin bütün gəlir qrupları üzrə inflyasiya gözləntilərinin azalması müşahidə olunub. Cari ilin son 3 ayında aylıq inflyasiya templəri yanvar ayına nəzərən aşağı olub.
Mövcud situasiyanı və yaranmış yeni makroiqtisadi meyilləri nəzərə alaraq pul proqramının həyata keçirilməsində çeviklik artırılıb. Yaranmış vəziyyət makroiqtisadi sabitliyə xələl gətirmədən pul təklifini nisbətən artırmağa imkan verib.
Həyata keçirilən sabitləşdirmə tədbirlərinin inflyasiyanın azalmasına ötürülməsi xüsusiyyətlərini və vaxtını, makroiqtisadi risklər xəritəsində baş verən dəyişiklikləri nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin dəyişməz saxlanması barədə qərar qəbul edib.

Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |