Şrift:
İsrail rəsmiləri İrana hücumdan danışır
28.04.2012 [14:48] - Güney Azərbaycan xəbərləri
İsrail rəsmiləri İrana hücumdan danışır



İsrailin müdafiə naziri Ehud Barak bildirib ki, “Nüvə texnologiyasının terrorçuların əlinə keçmə ehtimalı artır”.

“Nüvə sirlərinə yiyələnən ölkələrin sayı çoxaldıqca, nüvə texnologiyasının terrorçuların əlinə keçmə ehtimalı artır”.

Bu fikirləri İsrailin müdafiə naziri Ehud Barak deyib. O, İranın nüvə proqramı ilə bağlı Tehranla “altılıq” ölkələri arasında aparılan müzakirələrin uğurla nəticələnəcəyinə əmin olmadığını bildirib: “İranın dünya ictimaiyyətinin tələblərinə əməl edərək nüvə proqramını dayandırması ehtimalı azdır. Əgər bunun əksi isbat edilərsə, mən çox sevinərəm”.

“Digər ölkələr də Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi qüvvələrini İranın nüvə obyektlərinə (təsisat) hücum etməyə hazırlayır”.

bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant (sepehbud) Beni Qantz deyib.

O bildirib ki, İrana hücum etmək üçün tək İsrailin deyil, başqa ölkələrin də hərbi qüvvələri hazırdır: “Lakin biz ümid edirik ki, bu qüvvələrimizdən istifadə etməyə ehtiyac olmayacaq. İran öz nüvə potensialını yaratmaq üçün çalışır. Lakin son nəticədə Tehran beynəlxalq təzyiqlərə tabe olaraq silah istehsalından daşınacaq”.
Bu xəbər oxucular tərəfindən 1405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed