04.05.2017 [16:55] - Xəbərlər, İqtisadiyyat
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin milli iqtisadiyyat naziri Timur Süleymenovla görüşüb.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafı, ticarət dövriyyəsinin lazımi səviyyəyə çatdırılması ilə bağlı məsələlər müzakirə edilib.
Timur Süleymenov xalqlarımız arasında milli-mənəvi bağların mövcud olduğunu bildirərək Qazaxıstanın bütün sahələrdə Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib. O, möhkəm əsasa söykənən bu əlaqələrin qorunub saxlanılmasında iqtisadi əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.
Rəşad Məmmədov qardaş ölkələrimiz arasında əlaqələrin daim yüksək səviyyədə olacağına əminlik ifadə edib. Bildirib ki, Prezident Nursultan Nazarbayevin Azərbaycana son səfəri zamanı ölkəmizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Görüşdə Milli İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq şəklində qeyd edilən tapşırıqların icrası ilə bağlı müvafiq işlərin görülməsinə dair razılıq əldə edilib. Bu xüsusda ikitərəfli ticarətin lazımi səviyyəyə çatdırılması ilə bağlı ölkə başçılarının göstərişinə əsasən hər iki ölkənin irimiqyaslı idxal ehtiyaclarının qarşı tərəfin istehsal imkanları hesabına ödənilməsi imkanlarının öyrənilməsinə dair birgə işlərin görülməsi razılaşdırılıb.
Görüş zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı səmərəli müzakirələr aparılıb. Bu baxımdan hazırda geniş vüsət alan elektron ticarətin imkanlarından istifadənin təşviq edilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanda istifadəyə verilən “Azexport” portalının uğurlu fəaliyyəti barədə söhbət açılıb. Həmçinin “Azexport” ilə Qazaxıstanın müvafiq portalı arasında əlaqənin yaradılmasının nəzərdən keçirilməsi məsələsi razılaşdırılıb.
Müzakirələr zamanı iqtisadi-ticari əlaqələrin inkişafının digər yolu kimi hər iki ölkənin böyük şəhərləri arasında əməkdaşlığın təşviq edilməsinin faydalı nəticələr verəcəyinə əminlik ifadə edilib. Bu baxımdan Şimkənt və Gəncə şəhərləri arasında qarşılıqlı ticarət potensialının müəyyənləşməsi və müvafiq işgüzar dairələrin iştirakı ilə biznes forumların və ya ticarət missiyalarının təşkilinin əhəmiyyəti vurğulanıb.

Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |