Şrift:
“Bir millət, iki dövlət” rəsm müsabiqəsi
05.05.2017 [10:48] - Mədəniyyət
Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş "Bir millət, iki dövlət" sərbəst mövzusunda rəsm müsabiqəsi elan edilib.
Türkiyə və Azərbaycan vətəndaşları ilə yanaşı dünyanın bir sıra ölkələrinin vətəndaşları da (ABŞ,Özbəkistan,Qazaxıstan,Ukrayna) rəsm əsərlərini Baş Konsulluğa təhvil veriblər.
Müsabiqəyə təqdim olunan rəsmlər münsiflər heyəti tərəfindən mayın 5 - də, saat
17:00-da Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda
seçiləcək. Müsabiqədə qalibləri Pera Güzel Sanatlar Eğitim Kurumları, Genel sanat yönetmeni Sabahattin Özbakır, Pera Güzel sanatlar Akademisi rəsm bölüm başkanı Nilufer Moayeri və Yeditəpə Universitetinin müəllimi, rəssam Rafiq Əzizdən ibarət münsif heyəti seçəcək.
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed