06.05.2017 [09:37] - Gündəm, Mədəniyyət
Başa çatan “Daşkənd baharı-2017” IV Beynəlxalq Opera və Balet Festivalı çərçivəsində Azərbaycanın və Özbəkistanın Xalq Artisti, dövlət mükafatı laureatı Firudin Səfərovun rejissoru olduğu C.Verdinin “Traviata” və “Trubadur” operaları nümayiş etdirilib.
Festivala Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar qatılıb.
“Trubadur” operasında Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Əməkdar Artist Afaq Abbasova Leonoranın, Daşkənd teatrının aparıcı solisti, soydaşımız Nemət Sinhəbibi isə Manrikonun partiyasını ifa edib.
İstedadlı ifaçı Afaq Abbasova indiyədək Amerika Birləşmiş Ştatları, İtaliya, Avstriya, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrdə keçirilən konsert və festivallarda çıxış edib.

Bu xəbər oxucular tərəfindən 656 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |