Şrift:
Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinə həsr edilmiş konfrans işini başa çatdırıb
30.04.2012 [11:05] - Xəbərlər
Vaşinqtonda ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə keçirilən konfrans işini başa çatıdırıb. İki gün sürən konfrans zamanı ABŞ-ın hazırkı və keçmiş administrasiyalarının nümayəndələri, Birləşmiş Ştatlar Konqresi və Senatının üzvləri, Amerikanın müxtəlif araşdırma mərkəzlərinin təhlilçiləri, Azərbaycan Dövlət Neft şirkətinin yüksək səviyyərli rəsmiləri, Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycanın dini icmalarının liderləri iki ölkə arasında 20 il ərzində münasibətlərin inkişafını dəyərləndirib, ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə ediblər.

ABŞ və Azərbaycan arasında münasibətlərinin 20 illik tarixi və iki ölkə arasında əməkdaşlıqdan əldə edilən nəticələr mövzusunda keçiriən iclasda müstəqilliyini bərpa etmiş gənc Azərbaycanın Birləşmiş Ştatlarla qlobal və regional təhlükəsizlik, enerji təhlükəsiziyi, iqtisadi inkişafa dair birgə maraqlar əsasında güclü tərəfdaşlıq münasibətlər qurduğu qeyd edilmişdir. Müzakirələrdə Dövlət katibinin yardımçısı Erik Ruben, Atlantik şuranın Avrasaiya mərkəzinin direktoru səfir Ross Vilson, ABŞ Dövlət katibinin yardıçısının keçmiş müavini Deyvid Merkel, Azərbaycan Xarici İşlər nazirinin müavini səfir Hafiz Paşayev və ABŞ-ın Heritage Fondunun eksperti Ariyel Kohen çıxış etmişlər. Natiqlər 20 il bundan əvvəl regionda sabitiliyin bərqərar olması və yeni müstəqil ölkələrin suverenliyinin qorunması qarşısında maneələrdən danışıb. Amerikalı ekspertlər Azərbaycanın və ümumilkdə Qafqaz regionunun ABŞ xarici siyasətində xüsusi rolunu vurğulayıblar. ABŞ-ın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti önə çəkən Erik Ruben ABŞ Dövlət katibi Hillari Klintonun 2010-cu ildə Azərbaycana səfəri zamanı dediklərini xatırlatdaraq, ”Birləşmiş Ştatlar və Azərbaycan arasında dərin, mühüm və davamlı münasibətlər mövcuddur” deyə söyləmimıdir. Səfir Hafiz Paşayev Azadlığa Müdafiə aktına münasibətlərin qurulmasından öncə tətbiq edilən 907-ci əlavənin hələ də qüvvədə qalmasını ikitərəfli əlaqələrə təsirini qeyd etdi. O, Azərbaycanın beynəlxalq nüfuzunun artmasından danışaraq, ölkənin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini Azərbaycanın beynəlxalq miqyasda prestijinin artdığına dəlalət etdiyini bildirdi. Natiqlər eyni zamanda, regionda sabitiyin bərqərar olması qarşısında maneə yaradan faktorları qeyd edərək, İranın mübahisəli nüvə proqramı ətrafında beynəlxalq ictimaiyyətlə yaranmış gərginliyi və bölgədə əsas oyunçulardan biri olan Rusiyanın yeritdiyi siyasətin təhlilinə yer verdilər. Ariyel Kohen ABŞ-ın regionda daha aktiv rol oynamalı olduğunu vurğuladı. Bununla yanaşı,Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ehtiyacın olduğu natiqlər tərəfindən xüsusi vurğulandı. Müzakirələrin iştirakçıları Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunması və Avropanın enerji təhlükəsizliyinin strukturunun yaradılmasında rolunu qeyd etdi.

Konfransın “ABŞ-Azərbaycan münasibətlərinin başlıca aspektləri:Xəzər hövzəsində enerji təhlükəsizliyi” mövzusunda keçən ikinci iclasının iştirakçıları əsas diqqəti Azərbaycanın qlobal enerji təchizatının təmin edilməsində rolu məsələsinə yönəlmişdir. Müzakirələrdə Ceymstaun fondunun aparıcı təhlilçisi Vladimir Sokor, ARDNŞ-ın vits-prezidenti Elşad Nəsirov, Mili Təhlükəsizlik məsələləri üzrə ekspert Stiven Blank, BP-nin beynəlxalq məsələlər üzrə direktoru Qreq Sanders iştirak edib. Natiqlər dünyada enerjiyə tələbatın artdığı bir zaman ABŞ-ın Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı bir tərəfdaş ölkə kimi baxdığını qeyd etdi. Müzakirələr zamanı həmçinin ABŞ-ın re Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynamasının əhəmiyyəti qeyd edildi.

Konfransın üçüncü iclası “Azərbaycanın misalında dözümlülük və mədəniyyətlərarası dialoqun təbliği” mövzusuna həsr edilmişdi. Müzakirələrdən öncə Azərbaycanın dini icmalarının liderləri xeyir-dua verməyə dəvət edildilər. Zaqafqaziya müsəlmanları idarəsinin başçısı Şeyxülsilam Allahşükür Paşazadə Azərbaycanın tolerant bir ölkə olduğunu qeyd edərək, Azərbaycanın təkcə öz enerji ehtiyatlrı deyil, öz mədəniyyəti və dözümlülüyü, birgəyaşayış prinsiplərini dünya ilə bölüşdüyünü dedi. Müzakirələrdə iştirak edən Hayfa universitetinin siyasi elmlər kafedrasının professoru Brenda Şaffer, Mərkəzi Asiya və Qafqaz insitutunun tədqiqatlar üzrə direktoru Svante Kornell, Azərbaycan parlamentinin deputatları Səməd Seyidov və Asim Mollazadə, Nyu-York ştatından keçmiş konqresmen Maykl Makmahon əhalisinin milli özünü tanıma prosesi, əksəriyyəti müsəlman olan Azərbaycanda din və dövlət arasında münasibətlər, mədəniyyətlərarası dialoqda Azərbaycanın rolu və yerindən danışdılar.

Vaşinqton konfransına qatılan ABŞ qanunvericiləri iki ölkə arasında dostluq münasibətlərinin birgə dəyərlər və maraqlara əsaslandığını qeyd edərək, Azərbaycanın ABŞ-a müharibə dövrü və anti-terrorla mübarizədə dəstəyinə yüksək qiymət verdiklərini bildirdilər. Bununla yanaşı, ABŞ konqresmenləri, keçmiş və hazırkı administiyanın nümayəndələri demokratiya və insan hüquqlarına hörmət edilməsinin əhəmiyyətini vurğulyaraq, ABŞ-ın Azərbaycanı inkişaf etmiş demokratik tərəfdaş ölkə kimi görmək istədiklərini bildirdilər. Konfransın iclasları arasında nahar yeməyinə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri İleana Ross-Lehtinen, Nyu York ştatından senator Kristen Gilibrand, Missisipi ştatının keçmiş qubernatoru Heyli Harbor dəvət edilmişdilər. Xanım Ross-Lehtinen Azərbaycana ABŞ-ın yaxın və etibarlı dostu olduğuna görə təşəkkürünü bildirmişdir. Konfrans işini bitirdikdən sonra iştikraçılar və qonaqların şərəfinə ziyafət verilmişdir.

ABŞ və Azərbaycan arasında yüksək səviyyədə ilk bu kimi konfrans Amerikalılar və avrasiyalıların şurası TCEA, ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN, Con Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz institutu tərəfindən təşkil edilmişdir.
Bu xəbər oxucular tərəfindən 2149 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed