30.04.2012 [11:10] - Siyasət
Finlandiya parlamentində Finlandiya - Azərbaycan dostluq qrupu yaradılıb. Azərbaycanın İsveçdəki səfirliyindən verilən məlumata görə, ölkəmizin İsveç, Norveç və Finlandiyadakı səfiri Rafael İbrahimov Finlandiya parlamentində Finlandiya - Azərbaycan dostluq qrupunun yaradılması mərasimində iştirak edib. R.İbrahimov mərasimdə "Azərbaycan dövləti" mövzusunda məruzə edib.
Səfir Azərbaycan xalqının zəngin mədəni irsi, müasir iqtisadi inkişafı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Azərbaycanlı diplomat daha sonra parlament üzvlərinin suallarını cavablandırıb. Bildirək ki, qrupa 10 deputat daxildir. İclasda Milli Koalisiya Partiyasının üzvü, deputat Eero Lehtini qrupun sədri, Finlandiya parlamentinin üzvü, Helsinki Universitetinin Aleksantere İnstitutunun münaqişələr üzrə tədqiqatçısı xanım Elizabet Nokler isə sədr müavini seçiliblər.
Mərasimdə Azərbaycan və Finlandiya parlamentləri arasında gələcək əməkdaşlıq müzakirə olunub.

Bu xəbər oxucular tərəfindən 1405 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |