Şrift:
Ermənilər indi də İrandan qaçır
30.04.2012 [11:24] - Güney Azərbaycan xəbərləri
Dünyanın harasındasa ermənilər yaşadığı ölkəni tərk edirsə, deməli, orada nə isə ciddi hadisə baş verəcək. Onlar illər uzunudur, qoltuq altında güclülərə xidmət edə-edə belə yaşayıblar. Çünki bu etnosda torpağa bağlılıq yoxdur. Vətən torpağı isə onlar üçün dabanlarındakı tozdur.

Keçmiş sovetlər dağılan ərəfədə də onlar sürətlə ölkəni tərk edirdilər.

İndi də növbə İran İslam Respublikasınındır. «Novosti-Armeniya»ya istinadən məlumatda bildirilib ki, bu haqda «Alternativ» Araşdırma Mərkəzinin başçısı, iqtisadçı Tatul Manaseryan danışıb.

Ermənistanda fəaliyyət göstərən bu qurumun rəhbərinin sözlərinə görə, İran ətrafında yaranmış gərginlik və savaş ehtimalı bu ölkədən erməni mühacirətinin yaranmasına səbəb olub.

O, qeyd edib ki, hazırda İrandan gələn çoxlu sayda erməni Ermənistan daşınmaz əmlak axtarır. Bu, ölkədə daşınmaz əmlak bazarında qiymətləri sabitləşdirsə də, tikinti sahəsində inşaat işlərinin sürəti azalmaqdadır.

T.Manaseryanın qənaətincə, hərbi əməliyyatlar başlayacağı halda, İslam Respublikası –Ermənistan birgə layihələrin də dayanması istisna deyil. O, buna örnək olaraq, iki ölkə arasında çəkilən dəmiryol xəttini və ya neft kəmərinin tikintisini göstərib: «Bununla da Ermənistan dənizə çıxışlarından birindən mərhum olacaq. Bu halda, Gürcüstan növbəti dəfə tranzit xərcini artıra bilər».

Sədrəddin Soltan
Bu xəbər oxucular tərəfindən 1280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed