10.05.2017 [10:04] - Gündəm, Mədəniyyət
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında Azərbaycanda çəkilən “Əli və Nino” bədii filminin Lüksemburqda “Kinepolis” kinoteatrında təqdimatı keçiriləcək. Filmin layihə rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin direktoru Mark Vervilghen nümayişdən əvvəl tamaşaçılara film barədə geniş məlumat verəcək və ekran əsərinin əhəmiyyətinə toxunacaqlar.
Dövrümüzün və günümüzün ən aktual məsələsi olan multikulturalizm, tolerantlıq mövzusuna dair cəmiyyətə və insanlara vacib mesajlarla dolu “Əli və Nino” bədii filmi artıq bir çox ölkələrdə nümayiş olunub və tamaşaçıların rəğbətini qazanıb.
Qeyd edək ki, “Kinepolis” qrupu Qərbi Avropanın 8 ölkəsində fəaliyyət göstərən ən böyük kinoteatr qrupudur.
Şəhla Ağalarova

Bu xəbər oxucular tərəfindən 598 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |