11.05.2017 [11:51] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev deyib ki, İrandakı Azərbaycan türkləri etirazlarında tam haqlıdırlar
İran Prezidenti Həsən Ruhani Urmiya şəhərinə səfəri zamanı azərbaycanlılar tərəfindən səsləndirilən etiraz şüarları ilə qarşılaşıb. Soydaşlarımız H.Ruhaninin çıxış etdiyi "Durnalar yuvası” stadionuna toplaşaraq ölkə prezidentinin qarşısında "Ruhani, Ruhani - Vədlərin bəs hanı”, "Urmu gölü dolmadı - türk dilində məktəbimiz olmadı” kimi şüarlar səsləndiriblər.
Minlərlə etirazçı əllərində plakatlar tutaraq Həsən Ruhaninin 4 il öncə Azərbaycan türklərinə verdiyi vədləri xatırladıblar. Vədlərin yerinə yetirilmədiyindən şikayətləniblər. Stadionda polis qüvvələri ilə yerli əhali arasında pərakəndə şəkildə qarşıdurma halları da yaşanıb.
Məlumata görə, Həsən Ruhani seçki qərargahının məsul şəxsləri əhalini "Ya Hüseyn , Mir Hüseyn” şüarı səsləndirməyə çağırsalar da, soydaşlarımız "Haray haray mən türkəm”, "Azərbaycan var olsun - İstəməyən kor olsun” şüarlar səsləndiriblər. Şüarların eşidilməməsi üçün fars dilində gur səslə musiqi yayımlanıb.
Etirazlarla bağlı "Şərq”ə danışan millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, İrandakı Azərbaycan türkləri etirazlarında tam haqlıdırlar.
Deputatın sözlərinə görə, istər parlament seçkisi dönəmində, istərsə də prezident seçkisində namizədlər Güney Azərbaycanda yaşayan soydaşlarımıza müxtəlif vədlər veriblər. Amma onların səslərindən istifadə edəndən sonra verilən vədləri unudublar:
"Orada Azərbaycan bölgələri tamamilə gözardı edilir. Demək olar ki, İranın inkişafı fonunda Güney Azərbaycan ərazilərində heç bir inkişaf yoxdur. Həm sənayenin inkişafı, həm texnoloji yeniliklərin tətbiqi, həm də ekoloji cəhətdən aparılan infrastrukturun qurulması sahəsində Azərbaycan bölgələri geridə qalır. Urmiya gölü ilə bağlı da verilən vədlər həyata keçirilmir. Vədlərin əksinə olaraq orada yeni iş yerləri açılmadı, sənaye müəssisələri tikilmədi, milli haqlarımız tanınmadı. Əslində insanlar çox sadə şeylər tələb edirdi, öz dilimizdə məktəblərin açılmasını istəyirdilər. Bunu vəd etsələr də, həyata keçirmədilər. Universitetlərdə ana dilimizin rəsmi şəkildə tədrisi, fakültələrin açılması təmin olunmadı. Bizim haqqımızdır ki, Azərbaycan türkcəsi ikinci dövlət kimi rəsmən fəaliyyət göstərsin. Ancaq buna da imkan vermədilər. Bir ara Parlamentdə türk fraksiyası yaratdılar və bəzi işlərin görülməsini vəd etdilər. Lakin buna baxmayaraq, o iş də yarımçıq qaldı. Ona görə soydaşlarımız tələblərində tamamilə haqlıdırlar”.
Millət vəkili bildirib ki, əgər kimsə Güney Azərbaycanda milli davanın səngidiyini düşünürsə, çox yanılır:
"Sadəcə olaraq orada soydaşlarımız çox ehtiyatlı davranırlar və hesab edirlər ki, Yaxın Şərqdə baş verən hadisələri Güney Azərbaycana köçürmək cəhdi ola bilər. O zaman azərbaycanlılar öz ərazilərindən, yurd-yuvalarından didərgin düşə bilərlər, vətəndaş savaşı başlayar. Yəni mümkün qədər ehtiyatlı davranırlar, çalışırlar ki, çox hamar və zərbə almadan məsələləri sona çatdırsınlar. Bəzi qruplar islahat xarakterli tədbirlərin tərəfdarıdırlar. Bəziləri isə hakimiyyətdə olanların bir çox məsələləri həll etməsini tələb edirlər. Amma milli şüur öz yerindədir, orada deyilən şüarlar da, qoyulan tələblər də xalqın addım-addım öz istəyinə çatmasını göstərir. Məncə, soydaşlarımızın etirazı hesablı-kitablı, qeyri-duyğusal bir davranışdır. Onlar heç kim tərəfindən idarə olunmurlar və görüntü xətrinə hay-küy salmırlar”.

İsmayıl
Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |