13.05.2017 [10:21] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Azərbaycanla münasibətlər onların da maraqlarına cavab verir”
İqbal Ağazadə: “Qərb dövlətlərinin hər birinə ayrı-ayrı mövqedən yanaşılsa...”
Azərbaycanla Qərb arasındakı münasibətlərdə son aylarda ciddi dəyişikliklər müşahidə edilir. Əvvəlki illərə nisbətən Amerika başda olmaqla, qabaqcıl Avropa dövlətlərinin ölkəmizlə bağlı siyasətlərindəki yeniliklər açıq şəkildə sezilir.
Artıq Qərbin ölkə iqtidarını siyasi məhbus, insan haqları və demokratiya məsələlərində əvvəlki illər kimi sıxmadığı görünür. Bunu nüfuzlu beynəlxalq təşkilatların timsalında qeyd etmək olar. Hətta iş o yerə çatıb ki, Azərbaycan hakimiyyəti ölkə daxilindəki qərbyönlü qurumlara, bəzi mətbuat orqanlarına ciddi təzyiqlər edir, hətta onların bəzilərinin bağlanmasına nail olub, bəziləri bu təhlükə ilə üz-üzədir, lakin Qərb bunun qarşısında susur. Bu da bəzi müəmmalara yol açır. Bu istiqamətdə əsas fikirlər ondan ibarətdir ki, Azərbaycan iqtidarı Amerika başda olmaqla, Qərb dövlətləri ilə soyuq münasibətləri istiləşdirməyi bacarıb.
Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, ölkə iqtidarının Avropa dövlətlərinin hər biri ilə bağlı siyasəti fərqlidir: “Azərbaycanın Qərblə bağlı siyasəti bütöv palitra kimi götürülə bilməz. Məsələyə Qərb dövlətlərinin hər birinə ayrı-ayrı münasibətdən yanaşılsa, daha doğru olar. Məsələn, Amerika-Azərbaycan, Azərbaycan-Almaniya və digər bu kimi nümunələr daha düzgündür. Ölkə iqtidarı uzun müddətdir ki, Qərb siyasəti anlayışını həyata keçirir, dövlətlərlə fərdi əməkdaşlığa daha çox önəm verir. Avropa dövlətləri ilə Azərbaycanın münasibətləri fərqli rakursla gedir. Almaniya ilə soyuq münasibətlər fonunda Fransa-Azərbaycan, İtaliya-Azərbaycan münasibətləri daha da inkişaf edir. İqtidar hər iki ölkə ilə yüksək əlaqələr qurmağı bacarıb. Almaniya ilə münasibətlərdə zaman-zaman çəkişmələr olsa da, amma bəzi məqamlarda bu istiqamətdə ortaq dil tapan tərəflər olub. Böyük Britaniyanın ölkəmizlə bağlı siyasətində bəzi faktorlar var ki, bu münasibətlərə ciddi təsir edir. Amma Amerika ilə münasibətlərdə tam başqa yöndə fərqlər mövcuddur. Bu ölkədə siyasət ikiqütblü inkişaf edir. Bir tərəfdən qanunverici orqanın üzvlərinin Azərbaycana münasibəti var, bunun üzərindən ölkəmizə qarşı tələblər irəli sürülür, insan haqları, media və başqa fundamental azadlıqlarla bağlı tələblər olur. Digər tərəfdən Amerikanın icra strukturları Azərbaycana qarşı tam fərqli münasibət sərgiləyir. Bu istiqamətdə münasibətləri normal saxlayırlar. Amerikanın Şərq, postsovet məkanı ilə bağlı siyasətində Azərbaycanla əlaqələrin davamlı və qorunan əlaqələr olmasına önəm verilir. Hesab edirəm ki, xarici siyasəti müəyyən edərkən bu aspektlərə diqqət etmək lazımdır. Qərbə yönəlik siyasətin yaxşı və ya pis olmasını, artan və ya azalan olduğunu demək çox çətindir. Bu sahələr ayrı-ayrılıqda təhlil olunsa, ümumi mənzərəni yaratmaq olar. Yekun olaraq demək olar ki, dünyada baş verən hadisələr, Rusiya ətrafındakı katakilizmlər, o cümlədən, Orta və Yaxın Şərqdəki problemlər hələ ki Azərbaycanla bağlı dünyanı narahat edə biləcək bir siyasət ortada olmadığı üçün tərəflər mövqelərini daha rahat və düz istiqamətdə davam etdirməyin tərəfdarıdırlar. Ona görə də, müəyyən zamanlarda dəyərlərdən və ölkələrin maraqlarından çıxış edirlər. Burada isə həm Azərbaycan iqtidarının, həm də həmin dövlətlərin maraqları gedir. Ona görə bəzən bu münasibətlər qabarır, bəzən isə sakit macərada davam edir”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Azərbaycanın Qərblə münasibətlərdə bütün istiqamətlərdə maraqlı olduğunu qeyd etdi: “Qərbin özü də ölkəmizlə bağlı münasibətdə maraqlıdır. Enerji təhlükəsizliyi, eləcə də, bölgədə siyasi maraqların təmin olunması baxımından mühüm rol oynayan Azərbaycanla münasibətlər onların da maraqlarına cavab verir. Amma bizdən asılı olmayan səbəblərdən bəzi vaxtlarda münasibətlərdə soyuqlaşma olurdu. Avropa İttifaqının nümayəndələri Bakıya gələndə sərt şəkildə münasibət bildirildi. Bu məqamdan sonra ciddi şəkildə dəyişiklər başladı. Qərb təsisatlarında ölkəmizlə bağlı yeni qərarlar verildi. Bəzi vaxtlarda Qərb tərəfdən müəyyən dərəcədə ölkəmizlə bağlı təzyiq xarakterli qərarlar olanda, bunu bütövlükdə həmin təşkilatların adına çıxırlar. Bu yanlış yanaşmadır. Bəzən 700 nəfər üzvü olan bir qurumun 40-45 üzvü yığışıb Azərbaycan əleyhinə qərar verirlər, bunu da qurumun adına çıxırlar. Bunlar epizodik hallardır. Amma bütövlükdə Azərbaycanın xətti məlumdur. Hər hansı soyuqluq olarsa, bu epizodik haldan o tərəfə keçmir”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |