Şrift:
Bakıda bir sıra ölkələrin mədəniyyət günləri keçiriləcək
13.05.2017 [10:26] - Mədəniyyət
IV İslam Həmrəylik Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Atletlər kəndində, oyunların media mərkəzində və Sabir bağında bir sıra mədəni tədbirlər təşkil edəcək.
Bu barədə Milli Turizm Təbliği Bürosunun mətbuat xidmətindən məlumat verilib.
Mayın 13-də saat 10:00-dan İran mədəniyyət günləri çərçivəsində bu ölkənin muzey eksponatları, sənətkarlarının əl işləri, milli mətbəxi ilə tanış olmaq olar. Saat 19.00-da İran ifaçılarının konserti keçiriləcək. Tədbirdə İranın Azərbaycandakı səfirinin, digər rəsmi şəxslərin, habelə idmançıların iştirak edəcəyi gözlənilir.
İslam Oyunları çəçivəsində Sabir bağında həmçinin İndoneziya, Malaziya, Misir, Türkiyə və digər ölkələrin də mədəniyyət günləri keçiriləcək.
Hər gün tanınmış azərbaycanlı ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunacaq.
Xatırladaq ki, “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanına əsasən ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə 6 Fevral 2017-cı il tarixdə Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib.
Bu xəbər oxucular tərəfindən 631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed