Şrift:
Ata ilə çox oynamaq uşağı daha ağıllı edir
13.05.2017 [10:39] - Sağlıq
Alimlər bu qənaətə gəliblər ki, ata uşağı ilə nə qədər çox vaxt keçirsə, bu, uşağın intellektinə daha çox müsbət təsir edir.

Hətta körpə uşaqla oynamaq belə uşağın daha ağıllı olmasına təkan verir.

Mütəxəssislər eksperiment üçün 128 atanı müşahidə altına alıb. İki il çəkən müşahidə zamanı uşağın əqli inkişafı diqqətdə saxlanılıb. Ataların uşaqlarla oyuncaqsız oynaması, kitab oxuması və s. səhnələr videolentə alınıb. Sonda bu qənaətə gəlinib ki, ata uşağı ilə nə qədər çox vaxt keçirsə, uşaq bir o qədər tez inkişaf edir, gəzməyi, danışmağı və saymağı öyrənir, rəngləri ayıra bilir.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed