Şrift:
Neft hasilatının azaldılması ilə bağlı anlaşma daha uzun müddətə uzadılacaq
15.05.2017 [10:13] - İqtisadiyyat
OPEC və kartelə üzv olmayan ölkələr neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il tarixli Vyana anlaşmasını uzatmaq barədə ilkin razılıq əldə edib. Bu açıqlama ilə Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh çıxış edib: "Düşünürük ki, mayın 25-də Vyanada qəbul olunan qərarın nəticəsi müsbət olacaq. Qrupda tam razılıq əldə olunub".
X.əl-Faleh və Rusiyanın energetika naziri Aleksandr Novak Pekində keçirilən görüşdən sonra birgə açıqlamada bildiriblər ki, mayın 25-də keçiriləcək növbəti sammitdə S.Ərəbistanı və Rusiya iştirakçı ölkələrə anlaşmanı 2018-ci il mart ayının sonuna qədər uzatmağı tövsiyə edəcək. Anlaşmada hasilatın azaldılması ilə bağlı kvota isə əvvəlki kimi 1,8 mln. barel/gün qalacaq.
Qeyd edək ki, xəbərin yayılmasından sonra "Brent" markalı neftin qiyməti 1,5% artaraq 51,6 dollar/barelə yüksəlib. "Report"un analitik qrupu hesab edir ki, anlaşmada kvotanın artırılmaması neft qiymətlərinin 60 dollar/barel səviyyəsini keçməsinə imkan verməyəcək və "Brent"in qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed