Şrift:
Bolqarıstan və Azərbaycan ikitərəfli turist axınını artırmaq üçün tədbirlər barədə müzakirə aparıb
16.05.2017 [10:14] - İqtisadiyyat
Bolqarıstanın turizm naziri Nikolina Angelkova Azərbaycan xarici işlər nazirinin müavini və ölkənin Avropa İttifaqı ilə danışıqlarda əsas sözçüsü olan Mahmud Məmmədquliyev ilə işçi görüş keçirib. Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova iştirak edib.
Bu barədə Bolqarıstan Turizm Nazirliyinin mətbuat mərkəzindən məlumat veriblər.
Müzakirə edilən mövzular arasında ikitərəfli turist axınının artırılması üzrə tədbirlər və viza rejiminin sadələşdirilməsi variantları olub.
N.Angelkova M.Məmmədquliyevin nəzərinə çatdırıb ki, Ümumdünya Turizm Təşkilatının (ÜTT) Madriddə keçirilən 105-ci sessiyasında o, azərbaycanlı həmkarı - Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ilə söhbətləşib və artıq ona Bolqarıstanı ziyarət etməklə bağlı dəvət göndərib.
Nazir müavini bu il Bolqarıstan və Azərbaycanın ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd etdiyini vurğulayıb. Bu mövzuda birgə tədbirlərin keçirilməsi imkanları müzakirə ediləcək.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed