16.05.2017 [10:15] - İqtisadiyyat
Türkmənistan paytaxtı Aşqabadda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın müvafiq nazirlik və qurumlarının rəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin ikinci iclası işinə başlayıb.
Türkmənistanın Xarici İşlər Nazirliyi, Dövlət Dəniz və Çay Nəqliyyatı Xidməti və Prezident yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsi tərəfindən təşkil olunan iclasının gündəliyindəki əsas mövzu Xəzər dənizində nəqliyyat sahəsində əməkdaşlıq sazişi layihəsinin detallarının razılaşdırılmasıdır.
Cari görüş Türkmənistan tərəfinin təklif etdiyi Xəzər dənizində nəqliyyat sahəsində əməkdaşlıq sazişinin ekspert qiymətləndirməsini və məhsuldar fikir mübadiləsini özündə ehtiva edir. Yeni norma və qaydalar Xəzəryanı dövlətlər arasında yük və sərnişin daşımalarının nizama salınması, infrastrukturun inkişaf etdirilməsi, bütün iştirakçıların maraqlarına uyğun gələcək aydın hüquqi qaydaların təsdiq edilməsi üçün nəzərdə tutulub.
Xəzər regional nəqliyyat-logistik mərkəzinin yaradılmasını nəzərdə tutan Xəzəryanı dövlətlərin nəqliyyat sahəsində əməkdaşlıq sazişi layihəsinin işlənib hazırlanması həm sahilyanı ölkələr arasında, həm də onların dünya bazarlarına çıxışı baxımından ticari-iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri açacaq Xəzər dənizinin potensialından maksimum istifadəyə yönəlib.

Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |